Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:04

Fövqəladə hallar nazirinə fövqəladə səlahiyyətlər verilir


Səs: Real audio
Quşçuluq fabriklərinə güzəştlər ediləcəyi bildirilir Kəmaləddin Heydərov Gömrük Komitəsi sədrliyindən çıxıb, fövqəladə hallar naziri təyin olunanda, bəziləri dedi ki, bu, enişdir, çünki pullu, nüfuzlu Gömrük Komitəsi hara, əlində nəyi olduğu məlum olmayan Fövqəladə Hallar Nazirliyi hara. İndi prezident xüsusi fərmanla bu nazirliyə limanlar, gəmilər, güc strukturları verir, terrorizmlə mübarizəni, tikintidə dövlət ekspertizasını tapşırır və s.



Yenicə fövqəladə hallar naziri təyin edilən Kəmaləddin Heydərovun güclənib-güclənmədiyini dəqiq müəyyən etmək bir qədər çətindir. Baxmayaraq ki, artıq dövlət başçısı Fövqəladə Hallar Nazirliyinin işinin təşkil edilməsi haqqında fərman verib və bu fərmanla təxmini də olsa, yeni nazirliyin səlahiyyətlərini müəyyən etmək mümkündür.



Ancaq bir çoxları hesab edir ki, Azərbaycanda hökumət üzvlərinin gücü təkcə onların rəsmi səlahiyyətləri ilə müəyyən edilmir. Məsələn, Azərbaycanda Yaqub Məmmədov da Ali Sovetin sədri olub, mərhum Heydər Əliyev də. Ancaq onlardan biri cəmi iki ay siyasi burulğanlar qarşısında duruş gətirdi, o biri isə düz ölümünün sonuna qədər hakimiyyətdə qaldı. Bir sözlə, çoxları düşünür ki, gömrük əsas gəlirli sahələrindən biridir və Kəmaləddin Heydərov yeni təyinatla ölkənin bütün idxal və ixrac məhsullarına nəzarət imkanlarını itirdi. Ancaq bəziləri də hesab edir ki, Fövqəladə Hallar Nazirliyi Gömrük Komitəsindən fərqli olaraq yarımhərbi qurumdur və bu, Kəmaləddin Heydərova yeni imkanlar vəd edir.



«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, hazırda hakimiyyətdaxili bir sıra qrupların əsas hədəfi baş nazirlik postudur. Onun sözlərinə görə, Kəmaləddin Heydərov da bu mübarizədən xaric deyil: "Kəmaləddin Heydərov Gömrük Komitəsinin sədri vəzifəsindən çıxarılsa da, yeni təyinat ona baş nazirlik uğrunda mübarizədə əlavə imkanlar verir".



Azərbaycanda qeyri-leqal hərbi qruplaşmaların mövcudluğu haqqında ara-sıra mətbuatda fikirlər səslənməkdədir. Hətta müxalifət qəzetləri iddia edir ki, yarı hərbi, yarı da idmançılardan ibarət belə qruplaşmalardan icazəsiz mitinqlərin yatırılmasında da istifadə edilir.



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edir ki, Kəmaləddin Heydərov həm də Taekvando Federasiyasının prezidentidir və onun rəhbərlik edəcəyi nazirliyin təkcə təbii fəlakətlərə qarşı yox, həm də terrorizmlə mübarizə aparacağı da görünür: "Azərbaycanda əksər oliqarxlar qeyri-leqal hərbi qruplara məxsusdurlar. Yeni yaradılan nazirlik də qeyri-leqal qrupların rəsmiləşdirilməsinə imkan verəcək".



Ancaq Ərəstun Oruclu hesab etmir ki, bundan sonra Bakı şəhərində bütün tikinti işləri Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə veriləcək. Baxmayaraq ki, dövlət başçısının fərmanı ilə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əvəz edilir və bu komitə Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyə tapşırılır.



Ərəstun Oruclunun sözlərinə görə, Bakı şəhərində tikinti işlərini əsasən İcra Hakimiyyəti və müəyyən oliqarxlar aparıb və yəqin ki, bundan sonra da belə olacaq.



Politoloq Rövşən Novruzoğlu isə deyir ki, yeni yaradılan nazirliyi Rusiya Fövqəladə Hallar Nazirliyi ilə müqayisə etmək düzgün olmazdı. Onun sözlərinə görə, əgər Kəmaləddin Heydərov hərbi sənaye naziri təyin edilərdisə, onda düşünmək olardı ki, o, bir qədər də imkanlarını gücləndirib. Hələ ki, dövlət başçısı öz mövqeyini gücləndirməkdə davam etməkdədir.



Rövşən Novruzoğlu ehtimal edir ki, struktur dəyişiklikləri bundan sonra da davam edəcək. Və əgər bir neçə aydan sonra Prezident Aparatının ş
XS
SM
MD
LG