Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

«Quş qripi»lə mübarizə üçün nazirliklərə 2,4 milyon manat ayrılıb


Səs: Real audio
Quşçuluq fabriklərinə güzəştlər ediləcəyi bildirilir «Quş qripi»lə mübarizə məqsədilə Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə 2,4 milyon yeni Azərbaycan manatı ayrılıb. Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini, virusla mübarizə üzrə Dövlət Komissiyasının üzvü Emin Şahbazov martın 1-də deyib ki, qurumun sonuncu iclasında belə qərar verilib.



Bakı yaxınlığındakı Xocəsən və Xızı rayonundakı Giləzi qəsəbəsindəki quşçuluq fabriklərində «quş qripi»nə yoluxma hallarına toxunan cənab Şahbazov bildirib ki, hər iki fabrikdə sanitar-gigiyena qaydalarına əməl edilməyib: «Nəticədə Giləzidə 545, Xocəsəndə isə, 50 minə yaxın toyuq-cücə tələf olub».



Emin Şahbazovun sözlərinə görə, Xocəsəndəki fabrik DBX-də qeydiyyatda olmayıb, Giləziyə isə, onları yoxlamağa buraxmayıblar. O, xəbərdarlıq edir ki, profilaktik tədbirlərə 100 faiz əməl etməyən fabriklərdə virusun yayılması qaçılmazdır.



Quşçular Cəmiyyəti bir müddət əvəl prezident İlham Əliyevə müraciət edərək, «quş qripi» ilə bağlı onlara bəzi güzəştlərin edilməsini istəmişdi. Cəmiyyətin rəhbəri Abbas Məmmədovun sözlərinə görə, müraciətləri müsbət cavablanıb və yaxın üç gündə Nazirlər Kabineti quşçuluq fabriklərinin borclarının müvəqqəti dondurulması və faizsiz əlavə kreditlər verilməsi ilə bağlı qərar verəcək.



DBX-dən verilən məlumata görə, qurumun qeydiyyatında 18 quşçuluq təsərrüfatı (20 milyona yaxın quş) var.

Günün bütün mövzuları

XS
SM
MD
LG