Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:42

İlham Əliyev: «Ermənistan bütün səyləri heçə endirir»


Səs: Real audio
Dövlət başçısı «Azərbaycan öz mövqeyinə yenidən baxmalıdır» - deyir



«Həm danışıqlara, həm də məsələnin digər həlli yollarına hazır olmalıyıq» - deyən ölkə başısı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu da bildirib. O, həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər azad edilməli, qaçqınlar öz torpaqlarına qayıtmalıdır. Və bundan sonra zərurət olarsa sülhməramlılar bölgəyə gələ bilər.



ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş isə deyib ki, 2006-cı ildə iki ölkədə seçki keçirilməməsi münaqişənin həllində bir sıra imkanlar açır. Amma səfir bu il danışıqlarda hər hansı nəticə əldə olunmasa, müharibənin başlanmasını istisna etməyib.



Rino Harniş: «Bu il danışıqlarda hansısa nəticə əldə olunmasa, müxtəlif şeylər baş verə bilər. Bunlardan biri də müharibənin olması ehtimalıdır. Və bu haqda çox danışılır. Müharibənin başlanması isə, Qafqaz üçün böyük təhlükə və faciəvi nəticə vəd edir».



Bundan əvvəlsə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mann «Azadlıq» radiosuna müsahibəsində bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi bu il nizamlanmasa, bu faciə ilə nəticələ bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG