Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:15

<i>«Ayna»</i>: «Salyanlılar pasportsuz qalıb»


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun ötən həftə keçirilmiş qış sessiyasının nəticələrini uğurlu hesab edir. Bu barədə «Yeni Azərbaycan» qəzetinə Milli Məclisin vitse-spikeri, nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib. Onun sözlərinə görə, Assambleyanın Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin martın sonunda regiona səfər edəcəyi bildirilib. Q.Lenmarker sessiyadakı çıxışında nəticəsiz Rambuye danışıqlarından sonra da tərəflər arasında razılaşma mühitinin olduğunu deyib.



«Ayna» qəzetindəki «Salyanlılar pasportsuz qalıb» sərlövhəli məqalədə bildirilir ki, ötən il parlament seçkisi ərəfəsində şəxsiyyət vəsiqələrinin verilməsi ilə əlaqədar Salyan rayonunun sakinlərinin keçmiş SSRİ-dən qalma pasportları, şəxsiyyəti təsdiq edən 9 saylı arayışları kütləvi şəkildə yığılıb. Onların müəyyən hissəsi sonradan şəxsiyyət vəsiqəsi ilə təmin olunsa da, digər qisim bu günədək sənədsiz gəzir. Sakinlərin sözlərinə görə, rayon Polis Şöbəsinin Pasport-Qeydiyyat İdarəsi 4 aydan artıqdır ki, bunu «sənədlərin Bakıda kompyuterdə yanması» ilə əsaslandırır. Daxili İşlər Nazirliyində isə, məsələ ilə bağlı hər hansı məlumat yoxdur.



«Yeni Müsavat» qəzetindəki «Ölkədə quş ölümü kütləvi hal alıb» başlıqlı məqalədə rəsmi məlumatlara istinadən bildirilir ki, indiyədək «quş qripi» virusundan 700 mindən artıq quş tələf olub. Müəllif belə hesab edir ki, mütəxəssislər ilk növbədə bu virusun «Giləzi» və «Səfalı» broylerdəki quşlarda nə vaxtdan olduğunu və həmin müddətdə satış məntəqələrinə quş əti göndərilib-göndərilmədiyini aydınlaşdırmalıdırlar. Göndərilibsə, bu barədə əhaliyə təcili məlumat verilməli və həmin quşlar satışdan yığışdırılmalıdır. Bəzi mənbələrdə bir sıra broyler sahiblərinin təsərrüfatda saxlanılan quşları kəsib xüsusi soyuducularda gələcəyə saxladıqları da bildirilir. Bu sırada «Siyəzən-broyler»in adı çəkilir. Müəllif hesab edir ki, müvafiq qurumlar bu məsələyə də ciddi yanaşmalı və belə hallar varsa, bu istiqamətdə dərhal təhlükəsizlik tədbirləri görməlidirlər.
XS
SM
MD
LG