Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

Bakı-Mehdiabad-Novxanı marşrutu ilə...


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir Prezident İlham Əliyev Bakı ətrafı qəsəbələrin sosial inkişafı proqramını təsdiq etdi. Proqramda məktəblərin, xəstəxanaların tikilməsi, yeni iş yerlərinin yaradılması, ümumiyyətlə, kompleks şəkildə inkişaf nəzərdə tutulur



Bakı-Mehdiabad-Novxanı marşrutu ilə Bakı kəndlərinə gedən hər bir sürücü bu qəsəbələrdəki vəziyyətdən xəbərdardır. Bərbad yollar, zibilli küçələr, yol qurağındakı neft quyuları və çirkablı gölməçələr bu kəndlərin hansı vəziyyətdə olmasından xəbər verir.



Son illərin işsizliyi və bir sıra digər problemləri Mehdiabad və Novxanı sakinlərini özlərinə yeni peşələr seçməyə vadar edib: çörəkçi, balıqçı, naxırçı, peyin satan və s.



Mehdiabad qəsəbəsinin sakini Şəfiqə Əsədova ilə söhbətləşirəm. O deyir ki, üç övladı var. Həyat yoldaşı işləmir. Nəvəsi Aytac ağır xəstədir. "Bütün bu problemlərdən başımı itirmişəm" – deyən Şəfiqə Əsədova yol qırağında təndir qurub, çörək bişirməklə bütün ailə üçün çörəkpulu qazanır.



Mehdiabad sakini Zəfər Həsənquliyev də iş yerlərinin olmamasından narazıdır. Deyir ki, bu üzdən rayonlardan balıq gətirib yol qırağında satır.



Mehdiabadda torpaq alqı-satqısı ilə məşğul olan Malik Hüseynov isə əvvəlki illərə nisbətən bu qəsəbədən torpaq almaq istəyənlərin sayının azaldığından gileylidir...



Gəlib çatdım Novxanıya. Burada Duzlu göl deyilən bir yer var. Kəndin sakinləri bu gölü öz aralarında bölüşdürüblər. Hərə öz payına düşən hissədən çıxardığı duzu satıb çörəkpulu qazanır. Gölün kənarında duz satan sakinlərlə söhbət zamanı bu ərazidə ara-sıra quş cəsədləri də gözümə dəydi. Amma duz satanlar deyəsən, bu quşların hansı xəstəlikdən ölmələrindən çox evlərinə nə qədər çörəkpulu apara biləcəkləri ilə maraqlanırdılar.



Gölün kənarında düzəltdiyi duz təpəciyindən kisələrə duz dolduran Məmmədəli dayı 72 yaşı olduğunu dedi. 18 ildir o, duz satmaqla dolanır. Məmmədəli dayı deyir ki, bir ara duz gölündən duz çıxarmağa, həmçinin satmağa qadağa qoymaq istəyirdilər, amma alınmadı.



"40 il neftçi olmuşam, amma nə olsun, indi kisəsi 3000 manata duz satmaqla çörəkpulu qazanıram" – deyən müsahibim Bakı ətrafı qəsəbələrdə yaşayanların vəziyyətini yaxşılaşdırmaq üçün dövlətin nəsə edəcəyinə inanmır.



Növbəti müsahibim naxırçı Qabildir. 50 baş qoyun-quzusu var. İş yeri olmadığından, heyvan saxlamaqla dolanır. Deyir ki, dolanışığın çətin olmasına baxmayaraq, dünən dövlətin görmək istədiyi tədbirlər barədə eşidəndən sonra vəziyyətin düzələcəyinə bir az ümidi artıb.



Yolüstü təsadüfi müsahiblərimdən biri – Novxanı sakini Mirnadir Həsənovun evində də olduq. Onun həyətində istifadəsiz qalmış istixanaya işarəylə soruşdum ki, deyəsən, əkib becərmirsiniz? Dedi ki, qaz verilməsi üçün istixanalara iki ilə yaxındır ki, sayğaclar quraşdırılıb. Amma qaz vermirlər ki, istixananı işə salaq. Mirnadir Həsənov deyir ki, kağız üstündə olan qərarlara inanmır. Nə vaxt ki, evi işıq, qaz görəcək, onda nəyəsə inanacaq.



Mehdiabad Bələdiyyəsinin rəhbərliyini yerində tapa bilməsək də, Novxanı Bələdiyyəsinin sədr müavini Tahir Əliyev deyir ki, Bakı kəndlərində nə qədər istəsən görməyə iş var. Bu işlərin başlıcası kəndləri, o cümlədən Novxanın işıq və qazla təminatıdır. Tahir Əliyev kənd bağçasının, məktəbinin və xəstəxanasının da təmirə ehtiyacı olduğunu bildirir.



Bakı və Bakı ətrafı yaşayış məntəqələrində vəziyyətin yaxşılaşdırılması məqsədilə hazırlanan tədbirlərə gəlincə, bu sənəddə iki il ərzində
XS
SM
MD
LG