Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:30

Broyler fabriki məhv oldu


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir Azərbaycanda ev quşları arasında "quş qripi" təsdiqləndi. Dövlət Komissiyası deyir ki, Bakı ətrafında – Giləzidə "quş qripi" tapılıb. Bundan əvvəl isə Azərbaycanda yalnız vəhşi quşlarda qrip tapılmışdı



Giləzi Quşçuluq Fabrikinin adı Giləzi olsa da, Xızı rayonunun Sitalçay qəsəbəsində yerləşir. Fevralın 27-də bu qəsəbədəki iki böyük təsərrüfatda "quş qripi" virusu tapılandan sonra kəndin girişində iki dezinfeksiya məntəqəsi qurulub.



Xızı rayon Baytarlıq Xidmətinin rəisi Bəylər Mahmudovun verdiyi məlumata görə, təsərrüfatdakı 540 min quş qırılıb. Onların bir hissəsi virusdan ölüb, qalanlarını məhv ediblər. Hazırda təsərrüfatda bir dənə də quş yoxdur.



Baytarlıq Xidmətinin əməkdaşı Abbas Qəhrəmanov deyir ki, artıq bu ərazi «quş qripi»nin ilk ocağı sayıldığından, təhlükəsizlik tədbirləri gücləndirilib. Kəndə-giriş çıxış zamanı maşınlar və adamlar dezinfeksiya edilir.



Avtomobil sahibləri bu işi təqdir etsələr də, vətəndaşlar arasında narazı qalanlar da vardı.



Baytarlıq Xidmətinin başqa bir əməkdaşı isə deyir ki, artıq yerli əhalinin toyuq-cücəsi də məhv edilməyə başlayıb.



Sitalçay kəndində isə camaat danışır ki, onsuz da elə də çox toyuq-cücələri qalmayıb. "Quş qripi" təsdiqlənməmişdən əvvəl çoxusunu ya kəsib yeyiblər, ya basdırıblar. Ancaq elə həyətlər var ki, burada toyuq-cücə də, qaz-ördək də var.



Kənd sakini danışır ki, hələ onların qapısını Baytarlıq Xidmətindən döyən olmayıb. Heç «quş qripi»ylə necə mübarizə aparmağı da başa salmırlar. Ancaq olan toyuq-cücə məhv edilmək üçün artıq yığılmağa başlayıb.



Xızı rayon Baytarlıq Xidmətinin rəisi deyir ki, əhaliyə kompensasiya verilib-verilməməsi ilə bağlı hələlik onlarda məlumat yoxdur.



"Quş qripi" virusunun tapıldığı Sitalçayda olduğu kimi, 15 kilometr aralıda yerləşən qonşu Giləzi kəndində də camaat narahatdır. Ancaq burada da baytar həkimlərini nə görən olub, nə də onlardan virusa qarşı nə etməli olduqlarını eşidən.



Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov isə deyir ki, toyuq-cücəsi məhv edilən camaata kompensasiya ödəmək qərarını dövlət komissiyası verəcək. Komissiyanın bu günə belə qərarı yoxdur. O ki qaldı digər təsərrüfatların vəziyyətinə, onun sözlərinə görə, Giləzi Quşçuluq Fabrikindən başqa digər təsərrüfatlarda hələ virus tapılmayıb. Ona görə də həmin təsərrüfatların məhsullarını əhali rahatlıqla yeyə bilər.



"Quş qripi"nin ocağı sayılan Sitalçayda isə əhali həm narahat, həm də kompensasiya verilməməsinə görə narazıdır.



Sitalçaydan çıxanda, dezinfeksiya xidmətinin əməkdaşları ayaqlarımın altına xlorlu maye vurdular, əllərimə isə nədənsə ucuz odekolon tökdülər. Yəqin, bununla mən də özümü dezinfeksiya edilmiş saya bilərəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG