Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:05

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradıldı


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı sərəncamla Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edilib və onun əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılıb.



Sənədə əsasən, Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki funksiyaları, Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutu və Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (Dövlətbaşekspertiza) Fövqəladə Hallar Nazirliyinə verilir.



Nazirlər Kabineti bir ay müddətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Əsasnaməsinin layihəsini, komitənin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.
XS
SM
MD
LG