Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

ATƏT-in seminarında seçki sistemi və partiyaların maliyyələşməsi müzakirə olunub


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir Azərbaycanın seçki sistemində struktur problemlər və siyasi partiyaların maliyyələşdirilməsi ATƏT-in Bakı Ofisinin təşkil etdiyi iki günlük seminarın əsas mövzusu olub. Fevralın 27-28-də keçirilən seminarda Prezident Aparatının, hökumətin, həmçinin müxalifət partiyalarının təmsilçiləri iştirak ediblər.



ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavessinin sözlərinə görə, 2005-ci il parlament seçkisinin nəticələrinə dair ATƏT-in yekun hesabatı göstərdi ki, Azərbaycanda seçki sisteminin Avropa standartlarına uyğunlaşması üçün dəyişiklik edilməlidir. Cənab Pavessiyə görə, seminar ölkədə iki mühüm problemin səbəbini anlamağa kömək edib, hakimiyyətə seçki və partiya sistemini yaxşılaşdırmaq üçün ideya verib.



Seminarın ikinci günü müzakirə olunmuş siyasi partiyaların maliyyələşməsi mövzusuna iqtidar və müxalifət partiyaları arasında müxtəlif fikirlər var. YAP təmsilçiləri bu fikirdədirlər ki, siyasi partiyalar dövlət tərəfindən maliyyələşməlidir.



AXCP sədri Əli Kərimli isə, deyir ki, əgər yalnız parlamentdə təmsil olunan siyasi partiyalara üstünlük veriləcəksə, bu, partiyalar arasında siyasi bərabərsizlik yarada bilər.



ATƏT-in qapalı keçirilən seminarında qurumun Parlament Assambleyasının vitse-prezidenti Covanni Kassler və digər italiyalı deputat Mario Di Napoli məruzə edib.



Hazırda Azərbaycanın siyasi dairələrində majoritar seçki sistemi və «Siyasi partiyalar haqqında» qanuna dəyişikliklər barədə müzakirələr gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG