Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:40

«Sərhədsiz Reportyorlar»: «Elmar Hüseynovun qatilləri heç vaxt tapılmaya bilər»<p align=`left`><br><br>


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri heç vaxt tapılmaya bilər». Bunu «Azadlıq» radiosuna «Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatının Avropa bölməsinin rəhbəri Annabel Arki deyir: «Azərbaycan hökuməti müxtəlif ölkələrə sorğu göndərib, axtarış elan edib, ancaq nəticə yoxdur. Qorxuruq ki, qatillər heç vaxt tapılmasın».



Xanım Arkiyə görə, hökumət istintaqa dair mediaya heç bir yeni dəlil, element təqdim edə bilmir.



Rəsmi versiyaya görə, qətldə Gürcüstan vətəndaşları şübhəli bilinir. Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını da qətldəki Gürcüstan amiliylə izah edir: «Azərbaycanla Gürcüstanın münasibətlərində xeyli problemlər var. Azərbaycan hökuməti bundan işi yubatmaq üçün bəhanə kimi istifadə edə bilər».



Xanım Arki problemlər dedikdə, Gürcüstanda azsaylı xalq statusuna malik azərbaycanlıların yaşamasını, onların hökumətdən narazılığını və hazırda Gürcüstanda bir azərbaycanlı jurnalistin həbsdə olmasını nəzərdə tutur.



«Sərhədsiz Reportyorlar»ın nümayəndələri ötən il - Elmar Hüseynovun öldürülməsindən sonra Azərbaycan rəsmiləriylə görüşüb və qətllə bağlı müstəqil araşdırma da aparıblar. Annabel Arki bildirir ki, həmin görüşdən sonra rəsmilərdən istintaqın gedişinə dair heç bir məktub almayıblar.



Elmar Hüseynov ötən il martın 2-də evinin girəcəyində qətlə yetirilib. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirir ki, qətl üzrə intensiv istintaq gedir, lazımi işlər görülür: «185 ölkədə qırmızı xətlə beynəlxalq axtarış elan edilib. Biz bu barədə kifayət qədər məlumat vermişik, bundan sonra da verəcəyik».



Cənab Babayevə görə, MTN istintaqın gedişində gürcüstanlı həmkarlarıyla əməkdaşlıq edir.



Qətldə əsas şbhəli bilinən Teymuraz Əliyev və Tahir Xubanov barəsində xüsusi axtarış elan olunub. Onların xeyrinə sənədləri saxtalaşdırmaqda təqsirli bilinən Turqay Bayramov isə, iki il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG