Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

«Quş qripi»lə mübarizə üçün 3 milyon manat ayrılıb<p align=`left`><br><br>


Səs: Real audio
Fevralın 28-də «quş qripi»nə qarşı mübarizə üzrə Dövlət Komissiyasının növbəti yığıncağı olacaq Maliyyə Nazirliyi (MN) «quş qripi» xəstəliyinə qarşı mübarizə məqsədilə 3 milyon yeni Azərbaycan manatı məbləğində vəsait ayırıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Nigar İsmayılzadə deyir ki, həmin vəsait Nazirlər Kabinetindən verilən sərəncama əsasən, avadanlıqların və digər lazımi vasitələrin alınması üçün nəzərdə tutulub.



Virusa qarşı mübarizə üzrə Dövlət Komissiyasının rəhbəri Abbas Abbasov isə, qurumun ilk toplantısından sonra bu işdən ötrü 16 milyon dollar vəsaitin tələb olunduğunu bildirmişdi. İndiyə qədər «quş qripi»nə qarşı mübarizə məqsədilə Neft Fondu 800 min dollar, Asiya İnkişaf Bankı isə, 5 milyon dollar vəsait ayırıb.



«Turan» İnformasiya Agentliyi isə, Abşeron və Samuxda artıq ev quşlarında «quş qripi» virusunun aşkarlanması barədə məlumat yayıb. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən «Azadlıq» radiosuna bu barədə onlara rəsmi heç bir məlumatın daxil olmadığını bildirdilər.



Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov isə, deyir ki, fevralın 28-də «quş qripi»nə qarşı mübarizə üzrə Dövlət Komissiyasının növbəti yığıncağı olacaq. İclasda komissiya üzvləri birinci toplantıda verilən tapşırıqların yerinə yetirilməsi barədə məlumat verəcəklər. Həmçinin bundan sonra hayata keçiriləcək tədbirlər barədə müzakirələr aparılacaq.
XS
SM
MD
LG