Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:40

Azərbaycanlılar Ermənistana getsin, getməsin?


Səs: Real audio
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsi ilə bağlı anma mərasimləri keçirildi Bu yaxınlarda bir azərbaycanlı jurnalisti işdən çıxardılar ki, niyə icazəsiz Dağlıq Qarabağa gedib. O biri jurnalist deyir ki, onu Qarabağda satın almaq istəyiblər. Hətta Xarici İşlər naziri Elmar Məmmədyarov da məsələyə qarışmağa məcbur oldu ki, Azərbaycan jurnalistlərinin və ya qeyri-hökumət təşkilatları üzvlərinin getməsi normaldır, bu, «xalq diplomatiyası»dır. Ancaq elə hakimiyyətin özündə də, cəmiyyətdə də buna pis baxanlar da var



Bakıda çap olunan «Obozrevatel» qəzetinin əməkdaşı Roman Temnikov iki həftə qabaq Ermənistana, ordan da Dağlıq Qarabağa gedib. Ötən həftə isə, eyni marşrutla «Ayna-Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirovun səfəri azərbaycanlı jurnalistlərin Ermənistana və DQ-yə gedib-getməməsinə dair müzakirələri yenidən qızışdırıb.



«Dağlıq Qarabağa və Ermənistana həmişə azərbaycanlı jurnalistlərin, qeyri-peşəkar demək istəməzdim, azməlumatlı təbəqəsi gedir. Mən bu səfərlərin əleyhinə deyiləm, sadəcə, müəyyən şərtlərə əməl olunmasına tərəfdaram» - «Ayna-Zerkalo»nun redaktoru Elçin Şıxlı belə deyir. Onun fikrincə, Ermənistana və erməni silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçməklə getmək lazımdır. İkincisi, bu səfərlərdə o jurnalistlər iştirak etməlidirlər ki, onlar Ermənistan-Azərbaycan münasibətləri və DQ münaqişəsi barədə ətraflı bilgilərə malik olsun.



Mətbuat Şurasının sədri Əflatun Amaşov isə, deyir ki, azərbaycanlı jurnalistlərin hansı xətlə və vəsaitlə Ermənistana, ordan da DQ-yə getməsinə Azərbaycan hökuməti nəzarət edə bilmir. Bu mənada cənab Amaşov belə səfərləri təhlükəli sayır.



Jurnalist Elxan Şahinoğlu isə, deyir ki, bu səfərlərin olması lazımdır. Onun fikrincə, Ermənistandakı sosial, siyasi, iqtisadi və digər sahələrdə vəziyyəti öyrənmək, ictimai rəyə təqdim etmək indiki vəziyyətdə azərbaycanlı jurnalistin başlıca vəzifələrindən biridir.



Ötən həftə Xarici İşlər naziri Elmar Məmmədyarov da məsələyə münasibət bildirib. Nazir belə səfərlərdə qeyri-adi bir şey görmür. Ancaq ondan fərqli olaraq Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdir müavini Nazim İsayev bildirir ki, Azərbaycandan Ermənistana jurnalist və QHT əməkdaşlarının səfərlərini qarşı tərəf öz məqsədləri üçün istifadə edir. O, hesab edir ki, belə səfərləri əsasən Dağlıq Qarabağ münaqişəsində Ermənistanın maraqlarını müdafiə edən donor təşkilatlar təşkil edirlər. Cənab İsayev deyir ki, Azərbaycanın Ermənistanla təmasları DQ münaqişəsinin həlli üçün danışıqların çərçivəsindən çıxmamalıdır.



Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Rövşən Bağırov deyir ki, 2001-ci ildən bu təşkilat Azərbaycandan Ermənistana səfərləri təşkil edən layihələri maliyyələşdirmir. Səbəbsə əlverişli mühitin olmamasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG