Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:13

«Səfalı»da quşlar kütləvi qırılır


Səs: Real audio
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsi ilə bağlı anma mərasimləri keçirildi Fevralın 23-dən Bakının yaxınlığında yerləşən Xocəsən qəsəbəsindəki «Səfalı» quşçuluq fabrikində toyuq-cücə qırılmağa başlayıb. Təsərrüfatın müdiri Murad Sadıqov deyir ki, fevralın 28-də də minə yaxın quş tələf olub. Onun sözlərinə görə, son beş gün ərzində 50 minə yaxın quş ölüb.



Təsərrüfatın rəhbəri deyir ki, bu haqda dövlət orqanlarına məlumat versə də, əraziyə Binəqədi rayonunun baytar həkimlərindən başqa heç kim ayaq basmır. Dezinfeksiya işləri də aparılmır. Nə edirlərsə, özləri edirlər.



Bu quşçuluq təsərrüfatı Xocəsən qəsəbəsindən iki kilometr kənarda yerləşir. Burda böyük göl də var. Gölün kənarında hər gün ölmüş çöl quşları tapılır. Camaat danışır ki, quşların qırılmasından sonra çox narahatdırlar.



«Quş qripi»nə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından isə, «Səfalı» quşçuluq fabrikində quşların kütləvi qırğınından məlumatları olmadıqlarını bildirdilər.



Dövlət Baytarlıq Xidmətindən (DBX) isə, deyirlər ki, həmin təsərrüfatın onlarla müqaviləsi olmayıb.



«Səfalı» quşçuluq fabrikinin direktoru təsərrüfatda 100 min toyuq-cücənin olduğunu və onların yarısının qırıldığını deyir. Kənd Təsərrüfatı naziri İsmət Abbasov isə, deyir ki, qırılan quşların sayı təsərrüfat rəhbərinin dediyi qədər deyil: «Bizim mütəxəssislər işləyir, say deyilən kimi deyil. Quşların qırılması nyukasl, taun xəstəliyindən ola bilər. İndi camaatda bir «panika» yaranıb, quş nədən ölürsə, deyirlər «quş qripi»dir».



Bakı Şəhər Baytarlıq İdarəsinin Binəqədi Rayon Baytarlıq Sahəsinin müdiri Hafiz Xələfov sözugedən təsərrüfatda 20 min quş ölüsü yandırdıqlarını deyir. Təsərrüfatın rəhbəri isə, bildirir ki, onlar minlərlə quşu yandırıb basdırıblar. Daxili İşlər Nazirliyinin karantin polisinin iki əməkdaşı ərazidə təhlükəsizlik tədbirlərinə nəzarət edir.



Hafiz Xələfov deyir ki, onlar dezinfeksiya işləri aparırlar. Əgər təsərrüfatdakı quşlarda «quş qripi» tapılarsa, təhlükəsizlik tədbirləri gücləndirilə bilər.



DBX-dən verilən məlumata görə, «Səfalı»da quşlardan götürülən analizlərin cavabı iki gündən sonra məlum olacaq.
XS
SM
MD
LG