Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:23

XİN-in rəsmisi: «Ermənistan danışıqların məsuliyyətini Azərbaycanın üzərinə qoymaq istəyir»


Səs: Real audio
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsi ilə bağlı anma mərasimləri keçirildi «Azərbaycan dövləti öz ərazisindəki üç milyon yarıma yaxın mədəni abidəni himayə edir və Ermənistan tərəfinin guya erməni abidələrinin dağıdılması barədə verdiyi bəyanatlar qərəzlidir».



Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə Erməni Abidələrinin Qorunması üzrə Bütöv Ermənistan Komissiyasının fevralın 27-də yaydığı bəyanata münasibət bildirərkən belə deyib. Komissiya dünya ictimaiyyətinə müraciət edib ki, erməni abidələrini qorumaq üçün Naxçıvana beynəlxalq əsgərlər göndərsin və tarixi torpağına qayıtmaq istəyən Muxtar Respublika ermənilərinin təhlükəsizliyini qorusun. Qurum həmçinin Azərbaycanı UNESCO və digər beynəlxalq təşkilatlardan çıxarmağı tələb edir.



Tahir Tağızadə hesab edir ki, bu məsələnin qaldırılmasının səbəbi Dağlıq Qarabağ danışıqlarının son nəticəsi üçün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymaqdır: «Məqsəd həmçinin Azərbaycana qarşı yeni ərazi iddialarına yol açmaq da ola bilər».



Fevralın 27-də Ermənistan parlament fraksiyalarının qəbul etdiyi bəyanatda isə, Azərbaycanda yaşayan ermənilərin guya etnik təmizləməyə məruz qaldığı bildirilir.



Bu yaxınlarda Avropa Parlamenti də Naxçıvanda erməni qəbirüstü abidələrinin dağıdılmasını pisləyən qətnamə qəbul edib.



Tahir Tağızadə deyir ki, bu qətnamə təəssüf doğurub və belə bir sənədin qəbulu Avropa parlamentarilərinin reallıqlardan tam xəbərdar olmamasının nəticəsidir: «Əslində isə, Azərbaycan polietnik siyasətini, dini tolerantlığı daima möhkəmləndirir».



400-dən çox qeyri-hökumət təşkilatını birləşdirən Milli QHT Forumu isə, həmin qətnaməni pisləyib və ləğvini tələb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG