Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:16
Rubrikalar

«Bülbül öz doğma dililə gülə söylər sözünü...»


Səs: Real audio
Fevralın 26-da Azərbaycanda Xocalı faciəsi ilə bağlı anma mərasimləri keçirildi Bu «İz»də:



- «Ana dili və mədəniyyət» mövzusunun izinə düşəcək;



- İsmayıl Cəmilinin «Ana dili» şerini dinləyəcək;



- «Azərbaycan dili»nin tərifini yada salacaq;



- Bu ilin ilk fərdi sərgisindən xəbər tutacaq;



- və hər dəfə tanınmış dilçi-alim Kamal Abdullanın açıqlamalarını eşidəcəksiniz



DİL İRƏLİLƏDİKCƏ, MİLLƏT İRƏLİLƏYİR, MİLLƏT İRƏLİLƏDİKCƏ, DİL



Mövzu bələdçimiz görkəmli dilçi-alim, şair, yazıçı-dramaturq Kamal Abdulladır



«Gənc nəsil kitabdan, ədəbiyyatdan ayrı düşüb». Ombudsman Elmira Süleymanova Beynəlxalq Ana dili günündə söylədiyi bu sözlərlə Azərbaycan dilinin taleyindən narahatlığını dilə gətirib: «İndi gənclər kompüterə, İnternetə daha böyük maraq göstərirlər. Ancaq heç bir texnika mütaliəni, kitabı əvəz edə bilməz».



«Azərbaycan dili alyanaq sağlam kəndli sifətində». «Zerkalo» qəzetindəki məqalə belə adlanır. Məqalə müəllifi Mələk Vəlizadənin fikrincə, «doğma Azərbaycan dilini sevməyə çağıran hayqırtı və şüarlara baxmayaraq, bu dilin inkişafına təməl yaradacaq heç bir iş görülmür... Dünya ana dilimizdə dindirilməyincə, ən yaxşı əsərlər Azərbaycan dilində çapdan buraxılmayınca, nə yazıqlar ki, ana dilimizi yalnız kəndlilər danışacaq və olan-qalan ziyalılarımız əsasən rusca ünsiyyət saxlayacaq».



Aparıcı: – Kamal müəllim, Sizcə, dilimiz doğrudanmı alyanaq sağlam kəndli sifətində görünür? Başqa deyimlə, Azərbaycan türkcəsi çağla ayaqlaşmır?



Kamal Abdulla: – Tamamilə yanlış fikirdir. Dünyanın Azərbaycan dilində danışmağını yəqin ki, dünya yazıçılarının, dünyaca şöhrətli insanların əsərlərinin ana dilində tərcüməsində görürlər. Bəli, bu, vacib bir ünsürdür. Amma unutmayaq ki, nə qədəri də tərcümə olunub artıq. İndi də etmədiklərimizi tərcümə etməklə məşğuluq... Demək ki, Azərbaycan dili bu saat kəndlinin dili səviyyəsindədir, bu, həm düzdür, həm də yoxdur. Bəli, Azərbaycan dili həm kənlinin dilidir, həm alimin. Bu gün həm mühəndisin dilinə çevrilir, həm sənayeçinin, həm də həkimin. Bunun üçün biz hamımız bu işə kömək etməliyik, qıraqdan durub seyrçi nəzərlərlə sadəcə faktları çox zaman obyektlikdən uzaq şəkildə izah etməməliyik. Azərbaycan nə şəkildə dünyanın gedişi ilə ayaqlaşırsa, yaxud da ayaqlaşmırsa, Azərbaycan dili də eyni səviyyədə çağla ayaqlaşır, ya da ayaqlaşmır. Dil burada öz yolunu getmir, dilin burada ölkənin, xalqın getmək iqtidarında olduğu yolu getməkdən başqa çarəsi yoxdur. Yəni dil irəlilədikcə, millət irəliləyir, millət irəlilədikcə, dil...



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG