Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:22
Rubrikalar

Qafqaz muzeyləri


Səs: Real audio
Fevralın 26-sı gecə saat 4-dür. Yüzlərlə adam Gəncənin hava limanında toplaşıb. Bir azdan təyyarə Moskvanın "Bauman" bazarının uçması nəticəsində həlak olanların cəsədlərini gətirəcək. Artıq aeroporta 30-dan çox təsili yardım maşını gətirilib, 15-dək yük maşını da sırayla düzülüb. İcra nümayəndələri əllərindəki siyahıları dəqiqləşdirir, polislər isə vəziyyəti nəzarətdə saxlayırlar 2012-ci il olimpiya oyunlarına hazırlaşan Londonda üç iri muzeyin hazırlığına 60 milyon dollardan çox vəsait ayrılıb. Statistika belə sərmayənin özünü doğrultduğunu göstərir. Turistlərin də, yerlilərin də çoxu parklardan, teatrlardan çox muzeyə gedirlər. 2004-cü ildə London muzeylərinin qonaqlarının sayı 21 milyon olub



Əlbəttə, Bakı muzeylərindən belə rəqəm gözləmək olmaz. Londonun əhalisinin sayı 8 milyondur, Bakının 2 milyon. Amma Bakı muzeylərində heç o 2 milyon da görünmür. Qələbəlik bayramdan bayrama, ya da tədbirdən tədbirə olur. Muzeyin gəliri isə nəinki büdcəni artırmır, muzeylər dövlətin büdcəsinə baxırlar. Rövşən Qənbərov Bakıdakı muzeylərin vəziyyətindən danışır



Yerevanda da muzeylər Bakıdakılardan fərqlənmir. Amma məsələn, Sergey Paracanovun ev muzeyi elə təmir olunub ki, Xarici İşlər Nazirliyi əcnəbi qonaqlar üçün ziyafətləri həmin muzeydə verir. Bu barədə Yerevandan Nane Acemyan danışır



Tiflisin muzeylərin sayından şikayəti yoxdur. Amma muzeylərin özünün, xüsusilə də kiçik muzeylərin şikayəti çoxdur. Aleksandr Elisaşvili Tiflisin qədim rayonlarından biri – Xarpuxidəki bir evdə şair, "Tiflis trubaduru" kimi tanınan İosif Qrişaşvilinin ev muzeyində olub



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG