Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:09

Vəfa Quluzadə: «Həmsədrlər təslimçi sülh təklif edirlər»


Səs: Real audio
Fevralın 26-sı gecə saat 4-dür. Yüzlərlə adam Gəncənin hava limanında toplaşıb. Bir azdan təyyarə Moskvanın "Bauman" bazarının uçması nəticəsində həlak olanların cəsədlərini gətirəcək. Artıq aeroporta 30-dan çox təsili yardım maşını gətirilib, 15-dək yük maşını da sırayla düzülüb. İcra nümayəndələri əllərindəki siyahıları dəqiqləşdirir, polislər isə vəziyyəti nəzarətdə saxlayırlar «Panorama»nın bu dəfəki qonağı keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadədir. Söhbətdə «Media Forum» saytının redaktoru Azər Qaraçənli və Lider TV-nin əməkdaşı Vahid Abbas da iştirak edir



– Vəfa müəllim, prezident Türkiyənin NTV kanalına müsahibəsində belə bir fikir səsləndirdi ki, «bizim qarşımızda indi iki yol durur: ya tələm-tələsik Azərbaycanı qane etməyən sülh sazişinə razılıq vermək, ya da əlverişli, uyğun nəticə üçün gözləmək». Necə fikirləşirsiz, Azərbaycan yaxın vaxtlarda ümumiyyətlə, danışıqlardan çıxa bilərmi? Və ötən həftə Siz telekanallardan birinə müsahibədə bir fikir də dediz ki, Azərbaycan bu vəziyyəti mümkün qədər uzatmalıdır.



Vəfa Quluzadə: – Prezident bunu deyəndə, tam səmimi olmayıb. Azərbaycanın iki yolu yoxdur, Azərbaycanın bu dəqiqə bir yolu var. Prezident deməyib ki, ona nə cür sülh təklif edirlər. Həmsədrlər təslimçi sülh təklif edirlər... Niyə biz tələm-tələsik sülhə imza ataq? O, tələm-tələsik sülhə imza ata bilməz. Xalq qarşısında açıq-açığına bəyan edib ki, yüz il də keçsə, o, təslimçi sülhə imza atmayacaq. Deməli, bircə dənə çıxış yolumuz var. Gözləməliyik ki, nə vaxt bu məsələni ədalətli həll etmək, torpaqlarımızın hamısını qaytarmaq olar. Bax, onda ya sülh sazişinə imza ataq, ya da torpaqlarımızı güclə qaytaraq...



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG