Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56

Həlak olmuş azərbaycanlıların cənazəsi Bakıya gətiriləcək


Səs: Real audio
Baş prokuror Zakir Qaralov deyir ki, faciə ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Baxış Zeynalovun sözlərinə görə, Moskvadakı «Basman» bazarının damının uçması nəticəsində həlak olmuş azərbaycanlılardan bir neçəsinin cənazəsi «AZAL»a məxsus AN12 yük təyyarəsi ilə Bakıya göndəriləcək. Bununla bağlı Səhiyyə və Fövqəladə Hallar nazirləri - Oqtay Şirəliyev və Kəmaləddin Heydərov Moskvadadır.



Cənab Zeynalov deyir ki, ekspertizanın nəticəsindən asılı olaraq cəsədlər iki gün ərzində Bakıya göndəriləcək.



Fevralın 23-də baş vermiş hadisə zamanı 42 azərbaycanlı həlak olub. Yaralanmış 20 azərbaycanlı isə, Moskvanın müxəlif xəstəxanalarında müalicə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG