Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

<i>«Yeni Azərbaycan»</i>: «Xaricdə yaşayan azərbaycanlılar pensiyalarını vətəndə alacaq»


Səs: Real audio
20-dən çox azərbaycanlının isə yaralandığı güman olunur "Yeni Azərbaycan" qəzetindəki "Xaricdə yaşayan azərbaycanlılar pensiyalarını vətəndə alacaq" başlıqlı məqalədə bildirilir ki, Sosial Müdafiə Fondu əmək miqrantlarının hüquqları ilə bağlı saziş imzalamağa hazırlaşır. Fondun sədri Səlim Müslümov deyir ki, əmək miqrantı statusu yalnız yaşadıqları ölkənin sosial müdafiə və vergi orqanlarında qeydə alınan azərbaycanlılara şamil ediləcək. Sakini olduqları ölkələrin müvafiq strukturlarında işçi kimi qeydiyyata düşməyənlərə isə pensiyalar verilməyəcək.



"Üç nöqtə" qəzetində bildirilir ki, fevralın 22-də Gürcüstanın Marneuli rayonunun Dəmyə Görarxı kənd sakinləri torpaq problemlərinin həll edilməməsinə etiraz olaraq piket keçirib. Xaricidə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bu aksiyanın dağıdılması zamanı baş verənlərlə maraqlanıb. Dövlət komitəsinin Gürcüstan üzrə şöbəsinin müdir müavini Fizuli Nəcəfov bildirib ki, aksiyanın dağıdılmasında xüsusi təyinatlılar iştirak edib və 14 nəfərə yaxın azərbaycanlı həbs olunub. Bu hadisədən sonra Marneuli rayonunun icra başçısı kənd sakinlərinə söz verib ki, yaxın günlərdə onların əkin sahələri suvarılacaq, fevral ayının sonunda isə onlara əlavə torpaq sahələri veriləcək.



"Gün səhər" qəzetindəki "Məsuliyyətsizliyin məsuliyyəti kimin üzərindədir?" başlıqlı məqalədə deyilir ki, Xocalı hadisələrinin soyqırım kimi tanınması yönündə parlamentdən başqa hamı işləyir. Millət vəkili İqbal Ağazadə hesab edir ki, indiyə kimi bu məsələyə peşəkar yanaşılmayıb. Hesab ediblər ki, ayrı-ayrı deputatların, dövlət başçısının, parlament sədrinin, komissiya sədrlərinin və yaxud ombudsmanın çıxışı ilə dünya bu hadisəni soyqırımı kimi tanıyacaq. Millət vəkili izah edir ki, tarixdə baş verən hadisənin soyqırımı kimi tanınmasının proseduraları var: əvvəlcə Milli Məclis həmin hadisənin soyqırımı olduğu haqda qərar qəbul etməli, bu qərara əlavə sənədlər tikilməli və dünya parlamentlərinə göndərilməlidir. Eyni material Beynəlxalq Haaqa Tribunalına da təqdim olunmalıdır. İqbal Ağazadə deyir ki, yaz sessiyasının açılışında bu məsələnin müzakirəsini, gündəliyə salınmasını təklif edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG