Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:40

Moskva bazarında həlak olmuş 59 nəfərdən 43-ü azərbaycanlıdır<p align=`left`><br><br>


Səs: Real audio
20-dən çox azərbaycanlının isə yaralandığı güman olunur Fevralın 23-də Moskvada "Basman" bazarının çökməsi nəticəsində həlak olmuş 59 nəfərdən 43-ü azərsbaycanlıdır. Qəzada yaralanmış 33 nəfər arasında isə 20-dən çox azərbaycanlının olması mümkündür.



Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Vaqif Şərifov bildirib.



Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları başa çatıb. Bu haqda İTAR-TASS agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyi İnformasiya İdarəsinin rəhbəri İrina Andrianova bildirib. Onun sözlərinə görə, xilasedicilər və kinoloqlar insanların ola biləcəyi bütün uçqun ərazisinə baxış keçiriblər, artıq heç kim tapılmayıb.



Moskvada çıxan "Millətin səsi" qəzetindən Tünzalə Vəliqızı hələ bir neçə meyitin şəxsiyyətinin təsdiqlənmədiyini deyir.



Qəzada həlak olan azərbaycanlıların cəsədlərinin gətirilməsi ilə hökumət məşğul olacaq. "AzAL" Dövlət Konserninin baş direktorunun birinci müavini Sabir İlyasovun "Azadlıq" radiosuna bildirdiyinə görə, cənazələri gətirmək üçün şirkət 10 yük təyyarəsi ayırıb.



Hadisə 2 min kvadratmetrlik ərazidə baş verib. Rusiya rəsmiləri hadisəyə səbəb kimi damın qarın ağırlığından çökdüyünü bildirirlər. Faktla bağlı cinayət işi qaldırılıb.

.

Rusiya hökuməti həlak olan hər bir şəxsin ailəsinə 100 min rubl, xəstəxanaya düşənlərə isə 50 min rubl verilməsi barədə qərar qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG