Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:42

Xaricdə Xocalı hadisələri anılır


Səs: Real audio
Xocasəndə yerləşən "Səfalı" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus quşçuluq fabrikində 6 mindən artıq toyuq qırılıb FEVRALIN 26-DA DÜNYA AZƏRBAYCANLILARI XOCALI HADİSƏLƏRİNİN 14-CÜ İLDÖNÜMÜNÜ QEYD EDƏCƏKLƏR



Bununla əlaqədar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatları müxtəlif tədbirlər keçirirlər.



Azərbaycan Fransa Gənclik Assosiasiyasının təşəbbüsü ilə Paris və Parisətrafi universitetlərdə təhsil alan azərbaycanlı tələbələr kitabçalar hazırlayaraq, universitetlərdə, kitabxanalarda, metroların qarşısında, fransız dostları arasında, İnternet vasitəsilə yaymağı planlaşdırırlar.



Fransanın Strasburq şəhərindəki Azərbaycan cəmiyyətləri fevralın 25-də yürüş-mitinq keçirməyə hazırlaşırlar. Azərbaycan-Almaniya Alimlər Birliyi də şənbə günü Berlində Xocalı hadisələri ilə bağlı mitinq keçirəcək. Kanada Azərbaycanlıları Assosiasiyaları Federasiyası isə Xocalı hadisələrinin ildönümü ilə bağlı artıq bir müddətdir ki, silsilə tədbirlər keçirir.



Federasiyanın sədri Əkbər Məcidov deyir ki, hazırda federasiya Kanada və Amerikadakı Azərbaycan diaspora cəmiyyətlərinin fəaliyyətinin əlaqələndirilməsi üzrə iş aparır. [Ətraflı audio hissədə]



GÜRCÜSTAN PREZİDENTİ QARDABANİ RAYONUNUN CANDAR KƏNDİNƏ BAŞ ÇƏKİB



Mixail Saakaşvili bir azərbaycanlı ailəsində ziyalılarla görüşüb və çay süfrəsi arxasında Gürcüstan azərbaycanlıları ona öz çətinlikləri, ilk növbədə torpaq problemi barədə danışıblar. [Ətraflı audio hissədə]



İRAN AZƏRBAYCANINDA QƏHVƏXANALAR



İrandan İnsafəli Hidayət İran Azərbaycanındakı qəhvəxanalardan danışır. [Ətraflı audio hissədə]
XS
SM
MD
LG