Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:04

Odla su arasında


Səs: Real audio
Ölü quşlar ən çox Abşeron yarımadasında, Xızı və Dəvəçi rayonlarında aşkar edilib Azərbaycanın Rusiya ilə münasibətlərinin bütün sferalarda dərinləşməsini demək çətindir. Görünən budur ki, Bakı Moskva ilə münasibətlərində ehtiyatlıdır. Qərb ölkələri ilə yanaşı, Rusiya ilə də iqtisadi münasibətlərin inkişafında maraqlıdırsa, siyasi münasibətlərdə məsafə saxlamağa, milli və təhlükəsizlik məsələlərində diqqətli olmağa çalışır. Xüsusən də qonşu Gürcüstanla Rusiya arasında yaşanan gərginliklərdən sonra Azərbaycan orta mövqedə dayanmağa çalışır



Keçmiş dövlət müşaviri Vəfa Quluzadə deyir ki, elə buna görə də Rusiya prezidentinin bölgəyə son səfəri uğursuz oldu: "Məsələn, MDB donanması yaratmaq adı ilə Rusiya donanması Xəzəri öz nəzarətinə almaq istəyirdi... Rusiya Azərbaycanın Gürcüstanla əlaqələrindən, Gürcüstana kömək etməsindən narazıdır. Biz onlara lazım olanda qaz da veririk, işıq da. Putin bunların heç birisinə nail ola bilmədi".



«Gün-Səhər» qəzetinin şərhçisi Elxan Şahinoğluna görə, Azərbaycanın şimal qonşusu ilə iqtisadi, siyasi və hərbi əlaqələri eyni səviyyədə qurduğunu demək olmaz. Məsələn, hərbi əlaqələr demək olar ki, çox zəifdir. Bunun səbəblərindən biri də məhz Qərb dairələri ilə siyasi və iqtisadi əlaqələrin nəzərə alınmasıdır. Elxan Şahinoğlu deyir ki, düzdür, Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrinin genişlənməsinə beynəlxalq qurumların və ya Qərb ölkələrinin elə bir iradı yoxdur. Rusiya Azərbaycanın qonşusudur və əhalisinin 2 milyonundan çoxu bu ölkədə işləyir.



Elxan Şahinoğlu deyir ki, Bakı sadəcə, Tbilisi kimi münasibətləri gərginləşdirmir və beləliklə münasibətlər korlanmamış qalır: "Putin özü də Bakıda bir fikir söylədi ki, Gürcüstan Azərbaycan-Rusiya münasibətlərindən nümunə götürməlidir. Bu mənada Rusiya ilə bu istiqamətdə münasibətlərin inkişafı normaldır. Qərbdəki dairələrin özləri də bəzən belə bir fikir açıqlayırlar ki, Azərbaycanın Rusiya ilə normal münasibətləri olmalıdır".



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, Rusiya ilə Azərbaycanın yaxınlaşması sözsüz ki, Qərbin Azərbaycanla münasibətlərinə də təsirsiz ötüşməyəcək. Ekspertə görə, Qərb buna iki cür reaksiya verə bilər: "Birincisi, Qərb Azərbaycana təzyiqləri artıra bilər. Digər tərəfdən isə, bu, Qərbi stimullaşdıra bilər ki, Azərbaycanla əlaqələrini genişləndirsin".



Söhbət etdiyim hər iki ekspert xatırladır ki, Qərb regiona iqtisadi layihələrlə gəlir və bu yolla bölgədə oturuşmağa çalışır. Və Rusiya həmin layihələrin, xüsusən də böyük neft-qaz layihələrinin reallaşmasına mane olmadıqca, Qərb Bakının Moskva ilə münasibətlərində hər hansı problem görmür.



Qarabağ sülh prosesinə gəlincə, ekspertlər danışıqların əvvəlki məcradan çıxıb Moskva-Bakı-Yerevan çərçivəsinə düşməsini mümkün saymırlar. Keçmiş dövlət müşaviri Vəfa Quluzadəyə görə, Vladimir Putinin Robert Koçaryanı Moskvaya dəvət etməsi danışıqların nəticəsinə təsir göstərməyəcək. Elxan Şahinoğlu da deyir ki, irəliləyiş gözləmək əbəsdir. Çünki Vladimir Putin Bakıdakı çıxışlarının heç birində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini demədi. Dedikləri isə əvvəlkilərdən ciddi fərqlənmədi. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bu məsələylə bağlı rəy söyləməyin hələlik çətin olduğunu düşünür.
XS
SM
MD
LG