Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00

Sərnişin və yük daşıyan sürücülərdən lisenziya tələb olunacaq


Səs: Real audio
İsveçrənin Xarici İşlər naziri Mişelin Kalmi Rey belə deyir Bu il martın 1-dən taksilərə, yük maşınlarına və avtobuslara lisenziya tətbiq edilməyə başlanacaq. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov bildirib. Nazir onu da deyib ki, lisenziyası olmayan avtomobillərin xidmət göstərməsinə icazə verilməyəcək



Bu məlumat bir çox paytaxt sürücülərini, xüsusilə də şəhər qeydiyyatı olmayan maşınların sürücülərinin ciddi narahatlığına səbəb olub.



Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənovsa burada narahatlığa əsas görmür. O deyir ki, lisenziya tətbiqinə Bakıda tıxacların aradan qaldırılması və nəqliyyatın hərəkətinin yaxşılaşdırılması ilə bağlı prezidentin verdiyi sərəncama əsasən başlanıb.



Lisenziya verilməsi şərtlərinə gəlincə, Namiq Həsənov deyir ki, Nəqliyyat Nazirliyi Dövlət Yol Polisi ilə birlikdə şəhərdəki avtomobilləri bir neçə kateqoriyaya böləcək. Təxminən bu cür: yükdaşımada, sərnişindaşımada fəaliyyət göstərən və şəxsi avtomobillərə. Bundan sonra bu avtomobillərə fərqlənmə nişanları veriləcək. Yalnız o avtomobillərdən lisenziya tələb olunacaq ki, onlardan sərnişindaşıma və yükdaşımada istifadə edilsin.



Namiq Həsənov deyir ki, avtomobillərə veriləcək lisenziyaların qiyməti onların hansı markadan, harada və hansı ildə istehsal olunmasına görə müəyyən ediləcək. Amma hələlik bu məqamla bağlı konkret qərar olmadığından, Namiq Həsənov lisenziyaların məbləği barədə məsələyə toxunmağı lazım bilmədi. Bircə bunu dedi ki, müxtəlif markalı maşınlara verilən lisenziyaların qiyməti də müxtəlif olacaq.



Azad Nəqliyyatçılar Birliyinin rəhbəri Səyavuş İsmayılovsa deyir ki, praktikada nəqliyyatın lisenziyalaşması məsələsində həmişə korrupsiya və rüşvətxorluq halları olub. Bu mənada müsahibimiz lisenziya tətbiqinin əleyhinə olduğunu söyləyir. Amma o deyir ki, əgər hər şey obyektiv və qanuni olsa, bu işdən Azərbaycan büdcəsi yalnız xeyir qazanar.



Avtomobillərə lisenziya verilməsi qaydası Azərbaycan müstəqillik əldə edəndən sonra tətbiq olunub. Amma 2001-ci ildə o vaxtkı prezident Heydər Əliyevin sərəncamı ilə ləğv edilib. Səbəb kimi bu sahədə korrupsiya və qanun pozuntularının olması göstərilib. 2001-ci ilə kimi müxtəlif növ avtomobillərə verilən lisenziyanın məbləği köhnə pulla 92000 manat olub.



Nəhayət, sonda sevindirici bir xəbər şəhərdə qədim minik vasitəsi olan faytonçularla bağlı olacaq. Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi bir müddət əvvəl faytonların şəhərdə hərəkətini qadağan edən qərar vermişdi. İndi isə qərar dəyişib. Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, şəhərdə nəqliyyatın hərəkətini yaxşılaşdırmaq məqsədilə prezident İlham Əliyevin sərəncamından sonra faytonçular fayton sürə bilərlər. Xüsusilə də şəhərin istirahət üçün nəzərdə tutulan hissələrində.

Günün bütün mövzuları

XS
SM
MD
LG