Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12

<i>«Bakı-Xəbər»</i>: «Vergilər Nazirliyinin «paket həll variantı»


Səs: Real audio
Bankın hesabatına görə, Gürcüstanda sahibkarlar gəlirlərinin 0,46 faizini, Ermənistanda 1 faizini, Azərbaycanda isə, təqribən 3 faizini rüşvət verirlər «Yeni Azərbaycan» qəzetindəki «Müsavat yenə də birlik oyununa start verib» başlıqlı məqalədə bildirilir ki, Müsavat Partiyası artıq digər siyasi qüvvələrlə əməkdaşlıq edəcək. Əməkdaşlıq ediləcək qurumlar sırasında daha çox «Ümid» Partiyasının adı çəkilir. Müsavat başqanının müavini Arif Hacılının sözlərinə görə, partiya təkcə «Ümid»lə əməkdaşlıq etməyəcək, başqa siyasi qüvvələr də bura daxil ediləcək.



«Ayna» qəzetində bildirilir ki, Azərbaycanın 62 rayonu üzrə Dövlət Baytarlıq idarələrinin əməkdaşları 2006-cı il yanvarın 1-dən bu günə qədər məvacib almayıblar, baxmayaraq ki, onlar gücləndirilmiş rejimdə işləyirlər. Çünki funksiyalarına «quş qripi» təhlükəsini azaltmaq məqsədilə xeyli işlər də əlavə olunub. Dövlət Baytarlıq Xidmətinin mühasibi Tamara Bağırova da bu məlumatı təsdiqləyib. Deyib ki, əməkhaqlarının verilməsi üçün Nazirlər Kabinetinin əmrini gözləyirlər. Bu əmr olmazsa, maaşlar verilə bilməz.



«Bakı-Xəbər» qəzetindəki «Vergilər Nazirliyinin «paket həll variantı» başlıqlı məqalədə xatırladılır ki, hələ ilin əvvəlində Vergilər naziri Fazil Məmmədov şəxsən öz gəlir bəyannaməsini açıqlayacağını demişdi. Lakin cənab Məmmədovun bəyanatından xeyli vaxt keçməsinə baxmayaraq, nazirin gəlir bəyannaməsindən əsər-əlamət yoxdur. Müəllif belə hesab edir ki, əslində, nazirin hesabat verməli olduğu mətləblər olduqca çoxdur. Məsələn, ikili mühasibata qarşı mübarizə aparmalı olan Vergilər Nazirliyinin özündə misli görünməmiş ikili mühasibata yol verilir. Söhbət nazirlik əməkdaşlarına verilən aylıq paketlərdən gedir. Müəllifin araşdırmaları nəticəsində bəlli olub ki, nazirliyin bütün əməkdaşlarına rəsmi əməkhaqqından əlavə vəzifəsindən asılı olaraq hər ay 200 dollardan 10-20 min dollaradək qeyri-rəsmi məvacib verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG