Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:33

<i>«Gün Səhər»</i>: «Azərenerji»nin enerjisi tükənir»


Səs: Real audio
Azərbaycanın kifayət qədər enerji potensialı olsa da, gələcəkdə bu sahədə çox ciddi problemlər yarana bilər «Yeni Azərbaycan» qəzetindəki «Rusiyanın Qarabağ münaqişəsinin həllinə yardım etməsi zəruridir» başlıqlı məqalədə deyilir ki, əks təqdirdə, bu ölkəyə qarşı yaranmış inamsızlığı aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü zamanı Robert Koçaryanın danışıqları tərk etməsini Kremlin göstərişi ilə əlaqələndirənlər az deyil. Həmin görüşdən sonra Azərbaycan ictimaiyyətinin Rusiyaya olan inamı tamamilə sarsılıb. Müəllifin fikrincə, Moskva özü də bu reallıqdan xəbərdardır. Bu səbəbdən mütəxəssislər prezident Putinin bu səfərində Rusiyanın münaqişənin həllinə yeni cəhdlər edəcəyini gözləyirlər.



«Gün Səhər» qəzetindəki «Azərenerji»nin enerjisi tükənir» sərlövhəli məqalədə bildirilir ki, ekspertlərin proqnozlarına görə, Azərbaycanın kifayət qədər enerji potensialı olsa da, gələcəkdə bu sahədə çox ciddi problemlər yarana bilər. Mütəxəssislər bu təbii sərvətin ən çoxu 50-55 ildən sonra tükənəcəyini bildirirlər. Onlar enerji təhlükəsizliyi təminatını yüksəltmək, elektrik enerjisindən səmərəli istifadənin yollarının tapılmasını təklif etsələr də, hələlik bu sahədə irəliləyiş yoxdur. Müəllif yazır ki, gözlənilən təhlükəni nəzərə alan ölkə rəhbərliyi hələ 2004-cü ilin oktyabrında alternativ enerji mənbələrinin istifadəsilə bağlı Dövlət Proqramı qəbul edib. Amma bu proqramın gerçəkləşdirilməsi istiqamətində hansısa işin görüldüyünü söyləmək bir qədər qəliz məsələdir.



«525-ci qəzet»dəki «Erməni lobbisi Ağ Evdən Azərbaycana hərbi yardım barədə izahat tələb edir» başlıqlı məqalədə bildirilir ki, ABŞ növbəti maliyyə ilində Azərbaycana Ermənistandan ümumilikdə 1 milyon 95 min dollar çox hərbi-texniki yardım göstərməyi nəzərdə tutub. Konqresin bəzi nümayəndələri isə, Corc Buş administrasiyasının bu niyyətini böyük hay-küylə qarşılayıblar. 2007-ci ilin xarici yardımlar layihəsinin Nümayəndələr Palatasındakı ilkin müzakirəsində Dövlət katibi Kondaliza Raysı «topa tutan» həmin konqresmenlər ondan bu məsələyə aydınlıq gətirməyi tələb ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG