Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:14
Rubrikalar

Pul ver, ordudan yayın...


Səs: Real audio
Səfərdə əsas məqsəd Azərbaycanda "Rusiya İli"nin açılışında iştirak etməkdi Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə bir neçə yüksək rütbəli hərbçinin məhkəməsi gedir. Həmin hərbçilər 2001-2004-cü illərdə 54 çağırışçıdan 82 min dollar alaraq, onların hərbi xidmətdən yayınmasına şərait yaratmaqda, onlara saxta hərbi biletlər verməkdə ittiham olunurlar.



Cinayət Məcəlləsinin rüşvət alma, hakimiyyətdən sui-istifadə etmə və digər maddələri ilə ittiham olunan 18 hərbçinin 12-si haqqında hələ ötən il məhkəmə hökmü çıxarılıb.



Son iki-üç ildə ordu ilə bağlı bu kimi hallar nə qədər olub? Bu suala nə respublika, nə də ki, hərbi prokurorluqdan statistik məlumat ala bilmədik. Respublika Prokurorluğu mətbuat xidmətinin əməkdaşı Əntiqə Qonaqovaya görə, onların bu kimi məlumatları verməyə ixtiyarı yoxdur.



Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev isə deyir ki, silahlı qüvvələrdə hər il yoxlamalar aparılır və neqativ hallar üzə çıxanda, iş baxılmaq üçün hərbi prokurorluğa göndərilir. Elə hazırda 18 hərbçinin məhkəməsi də həmin yoxlamalar zamanı üzə çıxan faktlar əsasında aparılır.



Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, bu, indiyə qədərki cəzasızlığın nəticəsidir. Hərbi çağırışçıdan, əsgərdən və onun valideynindən pul alan yüksək rütbəli hərbçi heç bir problemlə üzləşmədiyini görüb, daha çox pul qazanmaq istəyir.



Ələkbər Məmmədov deyir ki, 18 hərbçinin məhkəmə prosesi korrupsiyaya qarşı mübarizədən daha çox ictimaiyyətin və beynəlxalq qurumların gözündən pərdə asılmasına, xoşagəlməz şəxslərin cəzalandırılmasına oxşayır.



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG