Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:07

Putinin 3-cü gəlişi


Səs: Real audio
Səfərdə əsas məqsəd Azərbaycanda "Rusiya İli"nin açılışında iştirak etməkdi Bakıda polis tapşırıb ki, minik maşınları şəhərin mərkəzinə mümkün qədər girməsinlər, bəzi küçələrdə maşınlara dayanmaq qadağan olunub. Səbəb də odur ki, Putin gəlib. Yeltsin prezident qismimdə Bakıya bir dəfə də olsun gəlməmişdi. Putin isə son 5 ildə 3-cü dəfədir ki, gəlir. Bu dəfə 500 nəfərlik nümayəndə heyətinin başçısı kimi



Statistika Komitəsinin məlumatına görə, 2005-ci ildə Azərbaycanın 136 ölkə ilə xarici ticarət dövriyyəsi 8 milyard 500 milyon dollardan artıq olub ki, bunun 1 milyard dollardan çoxu Rusiyanın payına düşür. Azərbaycana idxal olunan məhsulların həcminə görə də Rusiya birinci yerdədir.



Ekspertlər hesab edir ki, elə bu iqtisadi amilləri və əlaqələri sadalayanda, son vaxtlar hər iki tərəfin bir-birinə nə qədər meylləndiyi aydın görünür. "Gün səhər" qəzetinin şərhçisi Elxan Şahinoğlu deyir ki, əslində hər iki ölkə bir-birinə meyl edir. Getdikcə iqtisadi cəhətdən güclənən Rusiya həmin güc vasitəsilə qonşu ölkələri öz təsir dairəsinə salmaq istəyir.



Elxan Şahinoğlu Dağlıq Qarabağ münaqişəsinin həllində də Rusiyanın xeyli fəallaşdığını bildirir. O deyir ki, bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin məhz Rusiyanın Londondakı səfirliyində görüşməsi, eyni zamanda Moskvanın tərəflər arasında mümkün anlaşmanın qarantı ola biləcəyini bir daha xatırlatması Rusiyanın getdikcə artan fəallığından xəbər verir.



"Gün səhər" qəzetinin şərhçisi hesab edir ki, Vladimir Putinin Azərbaycana indiki gəlişi "Rusiya İli"nin açılışından çox günü-gündən gərginləşən Amerika-İran münasibətləri ilə bağlıdır. Yəni məqsəd bu məsələdə Azərbaycanın hansı mövqedə dayanacağını aydınlaşdırmaqdır.



Ekspertə görə, indiki məqamda Azərbaycanın özü Rusiyaya meyllənməkdə maraqlıdır. Bu yaxınlaşma ilə Amerikadan bir qədər kənarlaşmaq istəyən Bakı baş verə biləcək münaqişədə neytrallığını qorumağa çalışır.



Politoloq Rasim Musabəyov isə bu yaxınlaşmada qeyri-adi bir şey görmür. O hesab edir ki, Rusiya əlverişli geosiyasi mövqeyi olan və həm də inkişaf etməkdə olan bir ölkədə öz təsirini saxlamaqda həmişə maraqlıdır.



Sosioloq Rəhman Bədəlov isə düşünür ki, bu əlaqələr ilk növbədə hakimiyyətlərin qorunmasına xidmət edir. Bu baxımdan da Azərbaycanın Rusiyaya meyllənməsində daha çox siyasi hakimiyyət maraqlıdır.
XS
SM
MD
LG