Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:35

Vladimir Putin Bakıda səfərdədir


Səs: Real audio
Səfərdə əsas məqsəd Azərbaycanda "Rusiya İli"nin açılışında iştirak etməkdi Fevralın 21-də günün ikinci yarısı Rusiya prezidenti Vladimr Putin Azərbaycana ikigünlük rəsmi səfərə gəldi. Eks-prezident Heydər Əliyevin məzarını ziyarət edən Vladimir Putin bundan sonra Bakıda açılan Rusiya Milli Sərgisinə baş çəkdi. Sərgidə Rusiyanın 26 regionundan 200-dən çox şirkət təmsil olunur.



Sərgidən sonra Vladimir Putin Azərbaycan prezidenti ilə birgə Heydər Əliyev adına Sarayda təşkil olunmuş "Rusiya İli"nin açılış mərasiminə yollandı.



Fevralın 22–də səhər iki prezident arasında əvvəl təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparılacaq. Günün birinci yarısı iki dövlət arasında bir sıra sənədlər və siyasi bəyannamənin imzalanması, eləcə də Vladimir Putinlə İlham Əliyevin mətbuat konfransı nəzərdə tutulub. Bakını tərk etməzdən əvvəl Rusiya prezidentinin Heydər Əliyev Fonduna da baş çəkəcəyi barədə məlumatlar var.



Bu, Rusiya prezidentinin Azərbaycana sayca üçüncü səfəridir.



DAHA ƏTRAFLI:



PUTİNİN 3-CÜ GƏLİŞİ
XS
SM
MD
LG