Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:15

«Quş qripi»nə yoluxan quşların məhvi davam etdirilir


Səs: Real audio
Maliyyə naziri Əvəz Ələkbərov isə, fərdi şəxslərə məxsus ev quşlarının qırılması halları olarsa, kompensasiya verilə biləcəyini deyir «Quş qripi»nə yoluxan çöl quşlarının məhvi davam etdirilir. Bunu fevralın 21-də Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, ölü çöl quşlarının düşdüyü «Ceyranbatan» su anbarında virusun yayılmaması üçün tədbirlər görülür. Anbardakı su ciddi yoxlamalardan keçirilir, xlorlaşdırılır.



Bu arada Maliyyə naziri Əvəz Ələkbərov bəyan edib ki, «quş qripi»lə bağlı quşçuluq təsərrüfatlarına dəyən ziyana görə, kompensasiya verilməsi məsələsi gündəlikdə olmasa da, fərdi şəxslərə məxsus ev quşlarının qırılması halları olarsa, buna baxıla bilər.
XS
SM
MD
LG