Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:07

<i>«Bakı-Xəbər»</i>: «Karikatura qalmaqalı Qarabağ münaqişəsinə də təsir göstərə bilər»


Səs: Real audio
Partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanacağı gözlənilir «Bakı-Xəbər» qəzetindəki «Karikatura qalmaqalı Qarabağ münaqişəsinə də təsir göstərə bilər» sərlövhəli məqalədə deyilir ki, Məhəmməd peyğəmbərin karikaturasının bəzi Avropa qəzetlərində dərc edilməsindən sonra baş verən hadisələr vəziyyətin gözlənildiyindən də təhlükəli məcrada inkişaf etdiyini və son nəticədə bunun sivilizasiyalararası müharibəyə çevrilə biləcəyini istisna etmir. Müəllifin fikrincə, baş verən hadisələrdən Azərbaycanın görə biləcəyi əsas ziyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Belə ki, dünya miqyasında yaranan gərginlikdən istifadə edərək artıq Ermənistan tərəfi bu problemi dini müstəviyə keçirməyə çalışır. Son dövrlər Naxçıvanda guya qədim erməni qəbirlərinin dağıdılması ilə bağlı ortalığa atılan iddiaların arxasında da məhz bu məqamın durduğu göstərilir.



«Yeni Azərbaycan» qəzetindəki «Rusiya-Azərbaycan: Şübhəli inamsızlıqdan yüksək dərəcəli əməkdaşlığa doğru» başlıqlı məqalədə bildirilir ki, ekspertlər Rusiya prezidenti Vladimir Putinin Azərbaycana bu gün nəzərdə tutulan səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafında yeni perspektivlər açacağından əminliklə danışırlar. Ekspertlərin fikrincə, hazırda Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etimada söykənən münasibətlər hökm sürür, Moskva bir çox məsələlərdə Azərbaycanın bir dövlət olaraq mənafelərini nəzərə alır. Çünki Kreml artıq anlayır ki, bir dövlət olaraq Azərbaycanla əməkdaşlıqdan imtina edilməsi Moskvanın Yaxın Şərq və Güney Qafqaz siyasətinə ciddi problemlər yarada bilər.



«Üç nöqtə» qəzetində bildirilir ki, Azərbaycanda «quş qripi» xəstəliyinin yayılmasına qarşı Dövlət Komissiyasından verilən məlumata görə, respublikada fəaliyyət göstərən quşçuluq fabrikləri qapalı şəraitdə fəaliyyət göstərdikləri üçün onların istehsal etdiyi quş əti və yumurta məhsulları sağlamlıq üçün təhlükəsizdir. Komissiyanın məlumatında o da bildirilir ki, artıq aidiyyatı nazirliklərə, təşkilatlara və rayon icra hakimiyyətlərinə xəstəliklə bağlı yarana biləcək problemləri aradan qaldırmaq üçün müvafiq tapşırıqlar verilib. Lakin bütün bunlara baxmayaraq, əhalidən sanitariya-gigiyenik qaydalara ciddi riayət edilməsi də tələb olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG