Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:36
Rubrikalar

Ev quşlarında «quş qripi» aşkarlansa, əhaliyə kompensasiya verilə bilər


Səs: Real audio
Partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanacağı gözlənilir - Hökumət ev quşlarında «quş qripi» virusu aşkarlanacağı halda, əhaliyə dəyəcək ziyanı kompensasiya etməyin yollarını müzakirə edir. Hələlik isə, Kənd Təsərrüfatı Nazirliyində quşçuluq təsərrüfatlarına dəyən ziyanla bağlı heç bir hesablama aparılmır. Bunu fevralın 20-də kənd təsərrüfatı naziri İsmət Abbasov deyib. Nazir bildirib ki, dizel yanacağının ilin əvvəlində iki dəfə bahalaşmasından sonra fermerlərə dəyən ziyanı da hökumət kompensasiya etmək istəyir. Hələ ki, fermerlərə veriləcək ünvanlı subsidiyaların mexanizmləri hazır deyil.



- İsrail işadamları Bakıdadırlar. Fevralın 20-də biznes-forum keçirən sahibkarlar Qubada da olacaqlar. Biznes-forumda kənd təsərrüfatı nazirinin müavini Bayram Əliyev deyib ki, İsrailin plastik qabların istehsalı ilə bağlı təcrübəsi Azərbaycan üçün faydalı ola bilər. O, İsrail işadamlarını Azərbaycanda suvarma texnologiyaları və alternativ enerji mənbələri ilə bağlı layihələrə vəsait qoymağa çağırıb.



- İpoteka kreditləşməsindən narazı qalanlar İpoteka Fondunda yaradılacaq «qaynar xətt»ə şikayətlərini deyə biləcəklər. Fondun direktor müavini Əkbər Kərimov «Azadlıq» radiosuna deyib ki, əgər kredit götürmək istəyən müştəri hesab edirsə ki, onun bütün göstəriciləri şərtlərə uyğun gəlir, amma bank ona kredit vermir, onda fonda müraciət edə bilər. Əkbər Kərimovun sözlərinə görə, İpoteka Fondu çalışacaq ki, kreditləşmə ədalətli olsun və bank sahibləri özlərinə yaxın olan adamlara üstünlük verə bilməsinlər. «Belə hallar hansı bankda aşkarlansa, cəzalandırılacaq» - bunu isə, Milli Bankın sədri Elman Rüstəmov deyib.



- Bu yaxınlarda İmişlidə şəkər çuğunduru emal edən yeni zavod istifadəyə veriləcək. Zavod gündə beş min ton şəkər çuğunduru emal edə biləcək. Məlumatı Kənd Təsərrüfatı naziri İsmət Abbasov verib.
XS
SM
MD
LG