Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:28

Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalancaq


Səs: Real audio
Partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanacağı gözlənilir Fevralın 21-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Bakıya ikigünlük rəsmi səfəri başlanır. Cənab Putin Rusiya milli sərgisinin açılışından sonra azərbaycanlı həmkarı İlham Əliyevlə Heydər Əliyev adına Sarayda Azərbaycanda «Rusiya ili»nin açılışında iştirak edəcək.



Prezident Aparatı Beynəlxalq Ələqələr Şöbəsinin müdiri Novruz Məmmədovun verdiyi məlumata görə, fevralın 22-də Azərbaycan və Rusiya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri olacaq, bir sıra sənədlər, o cümlədən Siyasi Bəyannamə imzalancaq.



V.Putin «Heydər Əliyev» Fonduna baş çəkəcək, günün ikinci yarısında isə, Bakını tərk edəcək.



Rusiya prezidentinin Bakıya ilk rəsmi səfəri 2001-ci ildə olub.



2005-ci ildə Rusiyada «Azərbaycan ili», 2006-cı ildə isə, Azərbaycanda «Rusiya ili» elan edilib.
XS
SM
MD
LG