Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 11:12

Rusiyanın Dağlıq Qarabağda sülhə qarant olma təklifi nə deməkdir?


Səs: Real audio
Partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanacağı gözlənilir Prezident Vladimir Putinin Azərbaycana səfəri ərəfəsində rəsmi Moskva bildirib ki, Dağlıq Qarabağda sülhə Rusiya təminatçı ola bilər, razılaşmaya gəlmək isə, azərbaycanlılarla ermənilərin öz işidir



Azərbaycanın siyasi dairələrində məsələyə yanaşma birmənalı deyil. Siyasi ekspertlərin əksəriyyəti bu cür bəyanatların Moskvanın dilindən əvvəllər də yetərincə səsləndiyini və buna ciddi yanaşmadıqlarını bildirirlər. Heç şübhəsiz ki, məsələyə bu cür münasibət Rusiya rəsmilərinin əvvəlki bəyanatlarının quru söz olaraq qalmasından irəli gəlir. Moskvadan səslənən son bəyanatlara soyuq yanaşma həm də son vaxtlar, xüsusilə də Rambue görüşündə danışıqların nəticəsiz qalmasına Rusiyanın səbəb olduğu barədə mediada səslənən ittihamlar rol oynaya bilər. Ancaq əlbəttə ki, məsələyə fərqli yanaşanlar da var.



Azərbaycan Kommunist Partiyası baş katibinin müavini, keçmiş millət vəkili Rauf Qurbanovun fikrincə, Rusiya Qafqazda, xüsusilə də Azərbaycanda öz maraqlarını gerçəkləşdirmək üçün Dağlıq Qarabağ probleminin həllində önəmli rol oynamaq istəyir. Son vaxtlar verilən bəyanatlar da bunu əks etdirir.



Cənab Qurbanov deyir ki, əgər Rusiya istəsə, onun Dağlıq Qarabağ probleminin həllinə yetərli töhfəsi ola bilər. Bu baxımdan bu bəyanatlar problemin həllinə yaxınlaşma kimi dəyərləndirilə bilər.



Milli Məclis Aparatının Sosial Qanunvericilik Şöbəsinin müdiri, politoloq Aydın Ağayev isə, deyir ki, Rusiyanın bu məsələyə münasibətində hələ ki, dəyişiklik hiss olunmur. Son vaxtlar Moskvadan səslənən bəyanatlarda da yeni heç bir şey yoxdur. Rusiyanın tərəflər arasında əldə edilə biləcək razılaşmanın təminatçısı ola bilməsi barədə bəyanatları isə, sadəcə, neçə illərdi ki, səslənən ifadənin təkrarıdı.



ASDP həmsədri Araz Əlizadənin fikrincə isə, bu bəyanatların arxasında konkret məqsəd dayanır. Çünki səviyyəli dövlətlər boş yerə bəyanatlar verməklə məşğul olmurlar. Ancaq burada söhbət heç də Rusiyanın Dağlıq Qarabağ probleminə münasibətdə öz mövqeyini dəyişməsindən getmir. Rəsmi Moskva bu bəyanatları verməklə digərlərinə öz maraqlarının nəzərə alınmasını xatırladır.



Cənab Əlizadə əlavə edir ki, V.Putinin bu günlərdə Azərbaycana səfəri zamanı bir sıra mühüm məsələlər həll edilə bilər. Çünki, Rusiya bölgədə əsas oyunçulardan biri olduğunu, onun maraqları nəzərə alınmadan regionda nəyəsə nail olmağın mümkünsüzlüyünü izah etmək istəyindədir. A.Əlizadənin fikrincə, Azərbaycanın güclü, peşəkar ordusu olandan sonra Rusiya problemin həllində Bakıya kömək edə bilər. O zaman hətta Ermənistan da zərər çəkməmək üçün məsələnin sülh yolu ilə həllinə çalışar.



Moskva onu da bildirir ki, son bir ildə Azərbaycanla Rusiyanın ticarəti 40 faiz artaraq 1 milyard dollara çatıb.



Politoloq Aydın Ağayev isə, deyir ki, iqtisadi əlaqələrin inkişafında yeni və ya təəccüblü bir şey yoxdu. İqtisadi əlaqələrdə hiss olunan fəallaşma sadəcə, Rusiya ilə münasibətlərdə götürülən istiqamətdən irəli gəlir. Bunu ayrıca qeyd etmək düz deyil.



Rauf Qurbanov isə, bildirir ki, Rusiya ilə iqtisadi əlaqələrin genişlənməsini Azərbaycanın inkişafı kimi qiymətləndirmək lazımdır. Bunun arxasında hansısa siyasi marağın olduğunu düşünmək sadəlöhvlük olardı.



Azərbaycan digər qonşuları ilə olduğu kimi, Rusiya ilə də iqtisadi əlaqələrini genişləndirir ki, bu da hər iki dövlətin marağına uyğundur.



Bu məsələdə də Araz Əlizadənin fikri əvvəlkilərdən fərqlidir. ASDP həmsədri hesab edir ki, iki dövlət arasında ticarət dövriyyəsinin artması
XS
SM
MD
LG