Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:23

«Quş qripi» quş genefondunu məhv edə bilər


Səs: Real audio
Partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanacağı gözlənilir Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mütəxəssisləri «quş qripi»ylə mübarizə prosesi zamanı yerli növlərin məhv edilməsindən narahatdırlar



Akademiyanın müəllimi Mahir Hacıyev deyir ki, virusa yoluxma təhlükəsindən qorxuya düşmüş əhali saxladıqları ev quşlarını bir ucdan kəsir, bu isə, yüz illərlə yetişdirilmiş quş növlərinin kökünün kəsilməsinə gətirib çıxara bilər.



Cənab Hacıyev deyir ki, Azərbaycanın özünəməxsus ev quşu növləri var. Məsələn, illərlə çəkilən zəhmətin müqabilində altı sort toyuq yetişdirilib və onlar çox məhsuldardırlar.



Quş növlərinin kütləvi kəsilməsindən Gəncədə söhbət etdiyim sakinlər də narahatdırlar.



Azərbaycan Elmi-Baytarlıq Tədqiqatları İnstitutunun rəhbəri Çingiz Əhmədov da, yerli növlərin kökünün kəsilməsi probleminin mövcudluğunu istisna etmir, ancaq onun fikrincə, «quş qripi»ylə mübarizədə əsas insan amili götürülüb.



Kənd Təsərrüfatı Akademiyasının əməkdaşı Mahir Hacıyev isə, hesab edir ki, yerli növlərin kökü kəsilsə, onu yenidən bərpa etmək çətin olacaq. Çünki ev quşlarının damazlığı yalnız fərdi təsərrüfatlardadır, dövlət nəzarətində belə bir toxum bank yoxdur.



Akademiyanın mütəxəssisləri virusla Mübarizə üzrə Dövlət Komissiyasına genefondun qorunması üçün tövsiyələr də hazırlayıblar. Alimlər təklif edirlər ki, hər növdən 50-60 min quş qapalı yerdə saxlanılsın, onlara qulluq edənlərin gigiyenik mühafizəsi gücləndirilsin.



Dövlət Baytarlıq Xidmətinin məsul işçisi Emin Şahbazov isə, deyir ki, alimlər öz təkliflərini Dövlət Komissiyasına göndərsinlər.



Hələlik isə, Dövlət Komissiyasında quş genofondunun qorunması üçün tədbirlər planı yoxdu, əsas diqqət ölkədə «quş qripi»nin yayılmasının qarşısının alınmasına yönəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG