Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:19

AXCP-nın klassiklər qanadı adını dəyişir


Səs: Real audio
Partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanacağı gözlənilir AXCP-nın klassiklər qanadı hüquqi status əldə etmək üçün martın 26-da keçiriləcək qurultayında adını dəyişəcək. Partiyanın sədri Mirmahmud Mirəlioğlunun verdiyi məlumata görə, bu qərar partiyanın Ali Məclisinin sessiyasında verilib. Onlar partiyanın bundan sonra Azərbaycan Klassik Xalq Cəbhəsi adlanmasına üstünlük veriblər.



Ədliyyə Nazirliyində Əli Kərimlinin rəhbərlik etdiyi islahatçılar qanadı Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi tanındıqdan sonra klassiklər qanadının adının dəyişdirilməsi uzun müddət idi müzakirə olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG