Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:37

Bakı Putinin gəlişinə hazırlaşır<p align=`left`><br><br>


Səs: Real audio
Rusiya nümayəndə heyətinə 500 nəfər daxildir Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gələn həftənin əvvəlinə nəzərdə tutulan səfərinə Bakıda ciddi hazırlıq hiss olunur. Şəhərin küçələri və parkları təmizlənir, hətta Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib ki, tıxaclara yol verməmək üçün şəhərin mərkəzi küçələrində maşın saxlamasınlar və ümumiyyətlə, mərkəzi küçələrdə nəqliyyatdan mümkün qədər az istifadə olunsun.



Fevralın 21-də Bakıya gələcək Rusiya nümayəndə heyətinə 500 nəfər daxildir. Onlar «Azərbaycanda Rusiya İli»nin açılış mərasiminə qatılacaqlar. Prezident Vladimir Putinin rəhbərlik etdiyi nümayəndə heyətinə müxtəlif dövlət strukturlarının nümayəndələriylə yanaşı, bu ölkənin biznesmenləri və tanınmış incəsənət xadimləri də daxildir.



Baş nazir Artur Rəsizadə deyir ki, iki dövlət arasında imzalanacaq sənədlər də bir neçə sahəni əhatə edəcək.



Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü olacaq. Səfər çərçivəsində Rusiya-Azərbaycan iqtisadi forumu da keçiriləcək. Heydər Əliyev adına İdman və Sərgi Kompleksində Rusiya regionlarında istehsal olunan malların sərgisi təşkil ediləcək. Rusiyalı müğənnilər Heydər Əliyev adına Sarayda çıxış edəcəklər.



Ümumilikdə isə «Rusiya İli» çərçivəsində Azərbaycanda rus bəstəkarı Dmitri Şestakoviçin 100 illiyinə həsr olunan musiqi festivalı keçiriləcək. Bundan başqa, il ərzində Rusiya teatrları Azərbaycanda tamaşalar göstərəcək, yerli kinoteatrlarda Rusiya filmləri nümayiş olunacaq.



İki dövlət arasında razılaşmaya görə, 2005-ci il «Rusiyada Azərbaycan İli», 2006-cı il isə «Azərbaycanda Rusiya İli» elan edilib. Baş nazirin müavini Abbas Abbasov deyib ki, son iki ildə Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr genişlənib və ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb.
XS
SM
MD
LG