Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:46

«Ağgöl» Milli Parkında «quş qripi» tapılıb


Səs: Real audio
Dövlət Komissiyasının fevralın 18-də mətbuat üçün yaydığı məlumatda isə, bildirilir ki, hələ ki quşçuluq təsərrüfatları və ev quşları arasında sözügedən virus aşkar edilməyib «Ağgöl» Milli Parkında tələf olmuş köçəri quşlarda «quş qripi» xəstəliyi tapılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazov məlumat verib.



«Ağgöl» Milli Parkı Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşir.



Cənab Şahbazovun bildirdiyinə görə, indi həmin rayonların Fövqəladə Hallar komissiyaları parkda dezinfeksiya işləri aparır, quş cəsədlərini yığıb yandırırlar. Onun sözlərinə görə, hələ ki xəstəliyin ev quşlarına keçməsi halı qeydə alınmayıb. Amma hər ehtimala qarşı ətrafdakı az sayda ev quşları məhv edilib.



DBX rəsmisi deyir ki, Ağcabədi və Beyləqan rayonlarının Fövqəladə Hallar komissiyalarına dezinfeksiya işləri aparmaq üçün bütün lazımi cihazlar, dərmanlar və xüsusi geyimlər göndərilib.



Bundan əvvəl «quş qripi» virusu Azərbaycanın iki bölgəsində – Abşeron yarımadasında və Masallı rayonunda köçəri quşlarda tapılmışdı.



Gəncədə isə, yerli rəhbərlik ev quşlarının və onların saxlandığı evlərin statistikasını aparır. «Quş qripi»nə qarşı profilaktik tədbirlər görülməsi üçün şəhərə 95 kq. kimyəvi məhlul gətirilib.



Gəncəyə giriş yollarında ev və çöl quşlarının gətirilməsinə nəzarət üçün polis postları qoyulub.



«Quş qripi»lə bağlı yaradılan Dövlət Komissiyasının fevralın 18-də mətbuat üçün yaydığı məlumatda isə, bildirilir ki, hələ ki quşçuluq təsərrüfatları və ev quşları arasında sözügedən virus aşkar edilməyib. İnsanlar arasında da bu xəstəliyə yoluxan yoxdur.
XS
SM
MD
LG