Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:51

«Azadlıq»: «Əsgərlərə vəhşi heyvan əti yedirtmək istəyirlər»


Səs: Real audio
Hökumət vəsait üçün beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparır «Azadlıq» qəzetindəki «Əsgərlərə vəhşi heyvan əti yedirtmək istəyirlər» sərlövhəli məqalədə adının açıqlanmadığı mənbəyə istinadən deyilir ki, hərbi hissələri ətlə təmin etməli olan «Aişən» firmasına məxsus 38 ton ət Dövlət Baytarlıq Xidmətində yoxlamadan keçirilib. Bəlli olub ki, bu, vəhşi zebu ətidir. Mənbənin sözlərinə görə, hazırda firmanın himayədarları sözügedən quruma təzyiqlər edərək, məhsulun inək əti olduğu barədə rəy vermələrini tələb edirlər. Müəllif həmin mənbəyə istinadən onu da qeyd edir ki, əti Azərbaycana birbaşa «Aişən» firması gətirmir. Bu məhsulu idxal edən «ATE» firmasıdır. O, Hindistandan gətirdiyi vəhşi zebu ətini «Aişən» firmasına, o da öz növbəsində Müdafiə Nazirliyinə satır. Hər iki firmanın himayədarları isə, eyni şəxslərdir.



«525-ci qəzet»də Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyevanın Müsavat Partiyasının təkrar seçkidə iştirakı barədə qərarına münasibəti dərc olunub. «Biz parlamentdə iştirak etməmək və təkrar seçkiyə qatılmamaq barədə birgə bəyanat imzalamışdıq» - deyən Lalə Şövkətin sözlərinə görə, bəzi siyasətçilər imza atanda, qərar verəndə onun məsuliyyətini dərk etmirlər. Yeni yaradılan «Azadlıq» siyasi blokunun Müsavat Partiyasına qarşı olması ilə bağlı yayılan fikirləri isə, Lalə Şövkət əsassız adlandırıb.



«Yeni Azərbaycan» qəzetindəki «Müxalifət hansı ideyalar əsasında birləşdiyini sübut edə bilmir» başlıqlı məqalədə müəllif belə hesab edir ki, hazırda müxalifət düşərgəsində siyasi passivliklə müşahidə olunan kəskin böhran yaşanmaqdadır. Müəllifin fikrincə, bu gün müxalifətin üstünlük verdiyi siyasi davranış formaları demokratik, sivil mübarizə metodları ilə bir araya sığmır. Onlar çalışırlar ki, şantaj, böhtan, qarayaxma yolu ilə hakimiyyətin imicinə xələl gətirsinlər. Məhz bu cür qeyri-sivil mübarizə formalarına üstünlük verdikləri üçün günü-gündən nüfuzdan düşür, sosial dayaqlarını itirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG