Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:50

«Əli diplomlu» işsizlər


Səs: Real audio
Zavodun işçiləri müəssisədəki bir neçə sexin sökülərək yerində məscid tikilməsinə etiraz edirlər Əməkqabiliyyətli əhalinin əksəriyyətinin peşəkarlıq səviyyəsi müasir tələblərə cavab vermir



İxtisasca iqtisadçı olan taksi sürücüsü Azər Hüseynov neçə illərdir ki, özünə iş tapa bilmir. Deyir, vaxtında onu institutda da barmaqla göstəriblər, iş yerində də. Yaxşı iqtisadçı olub, indi vəziyyət dəyişib, hansı qapını döyür, deyirlər, sən bizim tələblərimizə cavab vermirsən.



İqtisadçılar isə deyirlər ki, Azərin problemi Azərbaycanda iş tapa bilməyənlərin çoxunun dərdidir. İndi ölkədə əmək qabiliyyətli əhalinin əksəriyyətinin peşəkarlıq səviyyəsi müasir tələblərə uyğun gəlmir. Məsələn, vaxtilə peşəkar mühasib sayılanlar indi müasir kompüter proqramlarını bilməsələr, onlara iş yoxdur. Bu problem ölkədə demək olar ki, bütün peşələr üçün xarakterikdir.



Ekspertlərin fikrincə, Azərbaycanda işsizliyin bu növünü, yəni struktur işsizliyini yaradan əsas səbəb kadrların böyük bir hissəsinin Sovet dövründə planlı iqtisadiyyatın tələbinə uyğun təhsil almasıdır. Sovet İttifaqının dağılması Azərbaycanda təkcə iri zavodları, fabrikləri dayandırmadı, həm də əmək bazarında gərginlik yaratdı.



Sovet təhsil sistemində ixtisasların 70 faizi sənaye istehsal sahəsini əhatə edirdi, amma indi Azərbaycanda iqtisadi fəal əhalinin böyük hissəsi xidmət sektorunda çalışır. Əmək bazarındakı belə uyğunsuzluq «əli diplomlu» işsizlər ordusunun yaranmasının bir səbəbidir.



İkinci və ən böyük səbəb isə orta yaşlı nəslin öz peşələri ilə bağlı dəyişən texnologiyaları və yenilikləri izləyə bilməməsidir. Nəticədə işəgötürən əlimyandıda işçi axtarır, bazardakı işçilər isə onu qane etmir, beləcə işsizliyin bir səbəbi də üzə çıxır.



Bu səbəbdən əmələ gələn işsizliyi aradan qaldırmaq məşğulluq idarələrinə həvalə edilib. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən bu idarələr əsasən fəhlə ixtisasları üzrə kurslar təşkil edirlər. Bu kurslar əsasən 2-3 aylıq olur. Azərbaycanda bütün profillər üzrə ali təhsilin təkmilləşməsini təşkil edən tədris müəssisələri yoxdur.



ANDRAQOGİKA – yaşlıların təhsili haqqında elmdir. Bu elmin fəlsəfəsinə görə, vətəndaş öz potensialından istifadə etmək üçün təhsilini ömrü boyu təkmilləşdirməli, elmin yeniliklərini özünə tətbiq edə bilməlidir. Məhəmməd peyğəmbərin dediyi kimi, elmi beşikdən qəbirə qədər öyrənməlidir.



Azərbaycanda 2003—2004-cü illərdə «yaşlıların təhsili»nə dair keçirilmiş Milli Konfransın materiallarında deyilir ki, insanın aldığı təhsilin 20 faizi hər il köhnəlir, 5-8 ildən bir onun sahib olduğu ixtisas üzrə təhsilinin məzmunu tamamilə köhnəlir.



İnkişaf etmiş Qərb ölkələrinin əksəriyyətində əmək bazarında bu səbəbdən yaranan boşluğu «yaşlıların təhsili» ilə bağlı qanunlar tənzimləyir. Bu qanunlar sosial şərait və həyat tərzi dəyişəndə, ortayaşlı əməkqabiliyyətli nəslin yeni biliklərə olan ehtiyaclarını ödəmək üçündür.



Azərbaycanda da belə bir qanun layihəsi hazırlanıb, hətta 1-ci oxunuşdan da keçib. Qanunun müəlliflərindən biri, keçmiş deputat, professor Şahlar Əsgərov deyir ki, ortayaşlı nəsli əmək bazarının tələbatına uyğun hazırlanması məsələsi hələ 2000-ci ildə keçirilən Lissabon sammitində xüsusilə aktuallaşmışdı.



Yeni formalaşdırılmış Azərbaycan parlamentinin bu qanuna münasibəti yəqin ki, yaz sessiyasında bəlli olacaq.



Hökumət isə işsizlik probleminin həllini daha çox yeni iş yerlərinin yaradılmasında görür. Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqveridiyev deyir ki, bu istiqamətdə regio
XS
SM
MD
LG