Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:56

<i>«Gün səhər»</i>: «İpotekanın açılmayan bəxti»


Səs: Real audio
Zavodun işçiləri müəssisədəki bir neçə sexin sökülərək yerində məscid tikilməsinə etiraz edirlər "Gün səhər" qəzetindəki "İpotekanın açılmayan bəxti" sərlövhəli məqalədə deyilir ki, ötən il Milli Məclis tərəfindən qəbul edilmiş "İpoteka haqqında" qanun geri qaytarıla bilər. Çünki kreditlərin verilməsi üzrə hazırlanmış mexanizm və qanundakı şərtlər ağır olduğundan, əhalinin böyük əksəriyyəti bu kreditlərdən yararlana bilməyəcək. Gənclər və idman naziri Azad Rəhimovun gənc ailələr üçün nəzərdə tutulan ipoteka kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması barədə təkliflərindən sonra hamı qanunun geri qaytarılmasından danışır. Artıq ekspertlər də açıq şəkildə bəyan edirlər ki, "İpoteka haqqında" qanuna yenidən baxılması vacibdir.



Milli Bank isə bu qanunun dəyişdirilməsinə ehtiyac görmür. Ölkənin baş bankında hesab edirlər ki, indiki şərtlər əsasında vətəndaşlara ipoteka kreditlərinin verilməsinə başlamaq mümkündür və bir neçə ay ərzində bu prosesə start veriləcək.



"Yeni Azərbaycan" qəzetindəki “Rusiya Azərbaycanla iqtisadi-siyasi əməkdaşlığı dərinləşdirmək niyyətindədir" başlıqlı məqalədə bildirilir ki, fevralın 22-də Bakıda iş adamları və hökumət qurumlarının iştirakı ilə Azərbaycan-Rusiya II İqtisadi Forumu keçiriləcək. Tədbir ölkələr arasında iqtisadi əməkdaşlıq sahəsində mövcud əlaqələri nəzərdən keçirəcək və yeni layihələrin gerçəkləşməsi üçün təkliflər müzakirə olunacaq.



Məqalədə deyilir ki, rus biznesmenləri Bakıda şirniyyat fabriklərinin açılması, İsmayıllıda şərab zavodunun tikilməsi, Sumqayıtda kimya müəssisələrinin yenidən qurulmasına maraq göstərirlər.



"Ayna" qəzetində adının açıqlanmadığı mənbəyə istinadən bildirilir ki, hazırda İran Azərbaycandakı müxtəlif qurumları vasitəsilə KİV orqanlarına, eləcə də telekanallara təsir etməyin yollarını axtarır. Bu baxımdan bir sıra Azərbaycan jurnalistlərinin maddi cəhətdən şirnikləndiriləcəyi də istisna deyil. Məqsəd qarşıdurma dövründə Azərbaycan jurnalistlərinin rəsmi Tehranın mövqeyini müdafiə etməsi, Azərbaycan ictimai fikrinin isə İranın nüvə proqramının xeyrinə formalaşdırılmasıdır.
XS
SM
MD
LG