Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:31

Avropa Parlamenti Culfada "erməni qəbiristanlığının dağıdılmasını" pisləyir


Səs: Real audio
Zavodun işçiləri müəssisədəki bir neçə sexin sökülərək yerində məscid tikilməsinə etiraz edirlər Fevralın 16-da Strasburqda Avropa Parlamenti Naxçıvanın Culfa rayonunda erməni qəbiristanlığının dağıdılmasını pisləyən qətnamə qəbul edib. Sənədi qəbul edərkən qurum erməni tərəfinin qəbiristanlığın guya Azərbaycan qüvvələri tərəfindən dağıdıldığına dair iddialarını və videoyazını əsas götürüb.



Qurum həmçinin Ermənistan və Azərbaycanda bütün tarixi əhəmiyyətli obyektlərin dağıdılmasını kəskin pisləyib.



Avropalı parlamentarilər Azərbaycandan qurumun nümayəndə heyətinin Culfadakı qəbiristanlığa baş çəkməsi üçün icazə verilməsini tələb ediblər.



Avropa Parlamenti Avropa Komissiyası və Avropa Şurasına müraciət edərək, Azərbaycan və Ermənistanla qonşuluq siyasətinə dair fəaliyyət proqramını birbaşa bu ölkələrdə tarixi abidələrin mühafizəsinə bağlamağa çağırır.



Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tahir Tağızadə "Azadlıq" radiosuna bildirib ki, qətnamə Azərbaycan tərəfindən narahatlıqla qəbul olunub: "Bakı öz etirazını Azərbaycanın daimi nümayəndəliyi vasitəsilə bildirib. Bütün bunlar Ermənistan tərəfindən törədilən vəhşi siyasəti və Azərbaycanın abidələrinin dağıdılmasını ört-basdır etmək məqsədilə həyata keçirilir" - deyə, Tahir Tağızadə bildirib.
XS
SM
MD
LG