Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:35
Rubrikalar

Mərkəzləşdirilmiş isitmə sistemindən imtina oluna bilər


Səs: Real audio
Zavodun işçiləri müəssisədəki bir neçə sexin sökülərək yerində məscid tikilməsinə etiraz edirlər - «Forbs» məcmuəsi dünya ölkələrinin investisiya baxımından nə dərəcədə cəlbedici olmasını araşdırıb və bununla bağlı reytiq cədvəli tərtib edib. Azərbaycan 135 ölkəni əhatə edən siyahının sonunda – 122-ci yerdə qərar tutub. Siyahı tərtib edilərkən bürokratiyanın biznesə təsiri və korrupsiyanın səviyyəsi prinsipləri əsas götürülüb. «Forbs» korrupsiya ilə bağlı «Transperancy International» təşkilatının illik hesabatına əsaslanıb. Həmin siyahıda isə Azərbaycan korrupsiyanın ən geniş yayıldığı ölkələrdən biri kimi təqdim edilir.



İnvestisiya baxımından ən cəlbedici ölkələr isə «Forbs»un tərtib etdiyi siyahıya görə, Danimarka, Finlandiya və İslandiyadır. Qonşu Ermənistan və Gürcüstan siyahının ortalarında qərar tutublar.



- Azərbaycan Sovet dövründən qalma mərkəzləşdirilmiş isitmə sistemindən imtina edə bilər. Bunun əvəzində bir neçə yaşayış binasını və ya idarəni birləşdirəcək kiçik qazanxanalar sisteminə keçid təklif edilir. Bu təklif ABŞ-ın "PA Consulting" şirkətinin məsləhəti ilə hazırlanmış dövlət proqramı layihəsində əksini tapıb.



Şirkətin mətbuat xidmətinin rəhbəri Fariz Məmmədov deyir ki, hazırda fəaliyyət göstərən istilik sistemi effektiv deyil, istilik itkisi böyükdür. Kiçik qazanxanaların yalnız qazla işləməsi və təklif olunan xidmətin bazar qiymətlərinə əsaslanması nəzərdə tutulur. Layihə yaxın vaxtlarda Prezident Aparatına göndəriləcək.
XS
SM
MD
LG