Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:38

Keçmiş nazirlərin istintaqı uzana bilər


Səs: Real audio
Zavodun işçiləri müəssisədəki bir neçə sexin sökülərək yerində məscid tikilməsinə etiraz edirlər Baxmayaraq ki, Prosessual Məcəlləyə görə, xüsusilə ağır cinayyətlər üçün istintaq müddəti 4 ay nəzərdə tutulur



Ağır cinayətlərdə ittiham edilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və digər məmurların həbsindən isə artıq 4 ay keçir. Azərbaycanda istintaq işlərinin bir çox hallarda uzadılması ən müxtəlif səbəblərlə izah edilir.



Fərhad Əliyevin vəkili İradə Cəfərova hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin istintaqının uzanması işdə hələ ki, yetərli dəlil-sübutun aşkarlanmamasıyla bağlıdır. Fərhad Əliyev hakimiyyəti zorla dəyişməyə cəhddə və korrupsiyada təqsirli sayılır. Vəkilin sözlərinə görə, Fərhad Əliyev hər iki məsələylə bağlı ittihamı əsassız sayır.



İradə Cəfərova Fərhad Əliyevin fəaliyyəti dövründə müəyyən səhvlərə yol verdiyini istisna etmir. Ancaq vəkilin sözlərinə görə, bu səhvlər nə onun həbsi, nə də istintaqın ləng aparılması üçün əsas ola bilər. İradə Cəfərova istintaqın ləng getdiyi gümanındadır. Onun təxminlərinə görə, bu lənglik aradan qaldırılmasa, istintaq müddəti daha bir neçə ay uzadıla bilər.



Respublika Prokurorluğunda isə keçmiş vəzifəli şəxslərin istintaqının ləng aparılması ilə bağlı səslənən fikirlərlə razılaşmırlar. Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əntiqə Qonağova deyir ki, iş genişdir və bu hərtərəfli araşdırma tələb edir.



Düzdür, qanun istintaqın uzadılmasına imkan verir. Hətta xüsusilə ağır cinayət işləri ilə bağlı istintaq 1 il 6 ay çəkə bilər. Müstəqil Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev deyir ki, Azərbaycanda siyasətçilərlə bağlı istintaq müddətinin uzadılması bir növ ənənə halına çevrilib. Onun sözlərinə görə, bu əsasən iki amillə bağlıdır. Birincisi, belə işlərdə sübut o qədər də çox olmur. Ona görə də müstəntiqlər ittihamnaməni əsaslandırmaq üçün yeni-yeni sübutlar axtarmaq məcburiyyəti qarşısında qaldıqlarından, istintaqın müddətini uzatmalı olurlar.



Mahmud Hacıyev ikinci amili isə siyasi sifarişlə izah edir. Onun sözlərinə görə, bəzən istintaqın başa çatıb-çatmaması ilə bağlı qararlar siyasi xarakter daşıdığından, yuxarı orqanların mövqelərini gözləməli olurlar. Mahmud Hacıyev qeyd edir ki, lazımi sübutların toplanmadığı işlər məhkəmələrdə hakimlər üçün də müəyyən problemlər doğurur. Onun sözlərinə görə, əslində hökmlərin bəzən sifarişli olmasının bir səbəbini də istintaqın lazımı dəlil-sübut toplamamasında axtarmaq lazımdır. Mahmud Hacıyev deyir ki, Azərbaycanda məhkəmələr tam müstəqil olmadığından, bu prosesin qarşısını almaqda çətinlik çəkirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG