Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:07

Səttarxan zavodunun işçiləri tətil edirlər<p align=`left`><br><br>


Səs: Real audio
Zavodun işçiləri müəssisədəki bir neçə sexin sökülərək yerində məscid tikilməsinə etiraz edirlər Bakıdakı Səttarxan adına maşınqayırma zavodunun işçiləri müəssisədəki bir neçə sexin sökülərək yerində məscid tikilməsinə etiraz olaraq fevralın 16-da səhər tətil ediblər. Onların sözlərinə görə, sexlərin sökülməsi zavodun bütünlüklə dağıdılması ilə nəticələnəcək və təxminən 500-600-ə yaxın adam işsiz qalacaq. Fəhlələr Azərbaycan sənayesində öz yeri olan 115 yaşlı zavodun dağıdılmasının səbəbini başa düşə bilmədiklərini deyirlər.



Zavodun İdarə Heyətinin sədr müavini və baş mühəndis Nadir Əsədov isə, müəssisənin dağıdılmayacağını, əksinə sökülən sexlərin müasirləşdiriləcəyini, yaranmış anlaşılmazlığın tezliklə aradan qalxacağını deyir.



Əvvəllər leytenant Şmidt, indisə Səttarxan adına zavod Sovetlər Birlyində neft-maşınqayırma sahəsində öncüllərdən olub. Xalq Hərəkatı dövründə zavodun fəhlələri fəallığı ilə seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG