Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:21

Vəkillər Ruslan Bəşirlinin azad edilməsi kampaniyasına başlayır


Səs: Real audio
Avropa Komissiyasının Beynəlxalq Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Dağlıq Qarabağ münaqişəsinin həllini də Fəaliyyət Planıyla əlaqələndirir «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin vəkilləri onun haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi yönündə kampaniyaya başlayır. Vəkil Elçin Qəmbərov bunu Bayıl təcridxanasının xəstəxanasında müalicə olunan R.Bəşirlinin ürəyində yaranmış ağrılarla və həbsxana şəraitində tibbi yardımın effektisiz olacağı ilə izah edir. Vəkilin qənaətincə, «Yeni Fikir»in rəhbərinin səhhətindəki problemlər onun istintaq zamanı döyülərkən beyin-kəllə travması alması ilə bağlıdır.



Fevralın 15-də isə, «İşgəncələr Əleyhinə» Komitə Baş prokuror Zakir Qaralova müraciət edərək, Ruslan Bəşirliyə işgəncə verilməsi haqda deyilənlərin araşdırılmasını xahiş edib. Prokurorluqdansa bildiriblər ki, on gün ərzində müraciət araşdırılacaq.
XS
SM
MD
LG