Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:45

Hər şeyin öz həddi var


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər Nazirilyi «quş qripi» virsunun yayılması ehtimal olunan ərazilərin xəritəsini hazırlayır Kompüter oyunları oynamağın da



KOMPÜTER OYUNLARI GÖRMƏ QABİLİYYƏTİNİ ARTIRIR, AMMA…



Bu dəfə söhbətimiz kompüter oyunları barədə olacaq. İnternet klublarında gənclərin daha çox şəbəkə oyunlarına maraq göstərdiyini eşidib yollandım ora. Gördüklərin eşitdiklərimi təsdiqlədi.



Klubda işləyən Rövşən deyir ki, klubun boş olan günü olmur. Uşaqlar gəlib burda saatlarla otururlar, gündə 5-10 min manat arası pul xərcləyirlər. Rövşənin sözlərinə görə, maşın yarışları, atışma, biznes qurmaq, imperiya təşkil etmək gənclərin daha çox maraqlandığı oyunlardır.



İspaniya Beynəlxalq Optimetrik Mərkəzinin direktoru, professor Marisol Qarsiya Rubio apardığı tədqiqatlar nəticəsində o qənaətə gəlib ki, ifratçılığa varmadan kompüter oyunları göz üçün "gimnastika məşğələsi" kimi də faydalı ola bilər. Xanım Rubioya görə, belə oyunlar gözlərin görmə qabiliyyətini artırır, onları təzyiqə daha dözümlü və çevik edir. Bundan əlavə, uşaqlar başqa terapevtik vasitələrə nisbətən kompüter oyunları oynayarkən daha tez inkişaf edirlər.



Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun şöbə müdiri Pərviz Bənənyarlı da deyir ki, kompüter oyunlarının insana faydası var, amma gərək həddində oynayasan. Kompüterdən uzun müddət istifadə göz xəstəliyinin yaranmasına səbəb ola bilər.



Pərviz Bənənyarlının dediyinə görə, kompüter oyununa həddən çox aludəçilik həm də boyun, çiyin, qol və biləklərdə, sinirlərdə ağrıların meydana gəlməsinə səbəb olur. Buna görə də bəzi qaydalara əməl etmək məsləhətdir. Məsələn, monitordan azı 30-40 santimetr məsafədə oturmaq yarana biləcək problemlərin qarşısını ala bilər...



GƏNCLƏR ONLARI MARAQLANDIRAN MƏSƏLƏLƏRİ MƏMURLARLA MÜZAKİRƏ EDƏCƏKLƏR



Bu məqsədlə "İrəli" Gənclər Hərəkatı icra strukturlarının nümayəndələri ilə gənclərin görüşünü təşkil edəcək.



Hərəkatın təsisçilərindən olan Fərhad Məmmədli deyir ki, əsas məqsəd məmurlarla birbaşa təmas yaratmaqla gənclərin üzləşdiyi problemlər ətrafında müzakirələr aparmaqdır.



Fərhad Məmmədli deyir ki, görüşlərdə iştirak etmək üçün heç bir məhdudiyyət yoxdur. İstənilən gənc sadəcə 1-2 gün əvvəl təşkilata zəng edib iştirak etmək istəyini bildirməklə görüşə qatıla bilər. Tələbələrin də iştirak edə bilməsi üçün görüşlər hər həftənin ya şənbə, ya da bazar günləri təşkil olunacaq.



Artıq bu həftənin sonu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elmir Quliyevlə görüş planlaşdırılır. Mövzu isə bu gün üçün aktual olan dini zəmində yaranan problemlərdir.



Fərhad Məmmədlinin sözlərinə görə, bu görüşlərin nə vaxtadək davam etdiriləcəyi hələ məlum deyil. Amma təşkilat bunun uzunmüddətli olması üçün əlindən gələni edəcək...



DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG