Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:26
Rubrikalar

bp «Qoşadaş» yatağının işlənməsinə maraq göstərir


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər Nazirilyi «quş qripi» virsunun yayılması ehtimal olunan ərazilərin xəritəsini hazırlayır - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bu il «Azəri» yatağından çıxardığı səmt qazını tam həcmdə Azərbaycana verəcək.



Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən bildiriblər. 2006-cı ildə Beynəlxalq Əməliyyat Şirkəti "Azəri" yatağından hasil olunan səmt qazının bir hissəsini lay təzyiqinin saxlanması məqsədi ilə laylara vurmağı planlaşdırırdı. Amma ölkənin qaz sektorunda yaranmış vəziyyəti nəzərə alaraq, hökumət bu il laylara vurulan qaz həcmlərinin minimuma endirilməsində israrlıdır.



- Böyük Britaniyanın bp şirkəti Xəzərin Azərbaycan sektorundakı "Qoşadaş" yatağının işlənməsinə maraq göstərir. Bu barədə Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Onun sözlərinə görə, artıq BP ilə bu haqda ilkin danışıqlara başlanılıb.



"Qoşadaş" strukturu Xəzərin Azərbaycan sektorunun dayaz hissəsində Bakıdan 70 km şimalda yerləşir. "Qoşadaş" geofiziki tədqiqatlar nəticəsində aşkar olunub, strukturda qazma işləri aparılmayıb, ehtiyatlar üzrə proqnoz verilməyib.



- «Azərbaycanda ipoteka kreditləri əhalinin bütün kateqoriyalarına vahid qaydalar və şərtlərlə verilməlidir. Əhalinin ayrı-ayrı kateqoriyalarına dövlət yardımı ünvanlı maddi yardım şəklində təqdim oluna bilər».



«Turan» agentliyinin məlumatına görə, bu, ipoteka üzrə maliyyə məsləhətçisi Klod Bovenin Bakıya 4 həftəlik səfərinin yekunlarıyla bağlı hazırlanan maliyyə hesabatında qeyd olunur. Klod Bove Azərbaycana texniki yardım layihəsi çərçivəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən cəlb olunub. Hazırda Azərbaycanda gənclərə ipoteka kreditlərinin güzəştli faizlərlə verilməsi barədə təkliflər səslənir.
XS
SM
MD
LG