Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Köçəri quşların cəsədlərinin yerləri dezinfeksiya edilir


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər Nazirilyi «quş qripi» virsunun yayılması ehtimal olunan ərazilərin xəritəsini hazırlayır Azərbaycanda köçəri quşlar arasında «quş qripi» virusunun olması rəsmən təsdiqlənəndən sonra Bakıdakı xəstəxanalara müraciət edənlərin sayı çoxalıb. Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, müraciət edənlər çox olsa da, onların heç birində bu xəstəlik aşkar edilməyib.



7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Məhəbbət İbrahimova isə, deyir ki, müayinələrdən sonra müraciət edənlərin adi qripə yoluxduğu məlum olur.



Samux rayonunda isə, sağsağanlar qırılır. Rayon sakini Nizami Nağıyev deyir ki, köçəri quşların gəlişindən sonra sağsağanlar da tələf olmağa başlayıb.



Samux Rayon İcra Hakimiyyəti başçısını müavini Səbuhi Məmmədov isə, bildirir ki, analizlərdən sonra sağsağanların «quş qripi»ndən ölmədiyi məlum olub. O, baytar həkimlərinə ölmüş sağsağanları əkin sahələrindən yığmaq tapşırığı verib.



Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov da, bölgələrdə baytar xidmətlərinin gücləndirilməsi barədə göstəriş verildiyini bildirir.



Ekologiya və Təbii Sərvətlər Nazirilyi isə, «quş qripi» virsunun yayılması ehtimal olunan ərazilərin xəritəsini hazırlayır. Xəzər sahilləri bu ərazinin əsasını təşkil edir. Fevralın 15-dən köçəri quşların cəsədlərinin götürüldüyü yerlərin dezinfeksiyasına başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG