Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:28

Təkrar seçkiyə qatılmaq istəyən bir nəfərin namizədliyi qeydiyyata alınıb


Səs: Real audio
Müsavat Partiyası təkrar seçkidə vahid siyahı ilə iştirak edəcəyini desə də, artıq bu qurumdan üç nəfər müstəqil şəkildə namizədliyini irəli sürüb Mayın 13-də nəticəsi ləğv olunmuş on dairədə keçiriləcək təkrar seçkidə iştirak etmək istəyən 113 nəfərdən artıq biri qeydiyyata alınıb. Bu, partiya mənsubiyyəti olmayan, bitərəf və hüquqşünas Azad Sultanovdur.



Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyevin sözlərinə görə, indiyədək 113 nəfərin namizədliyi irəli sürülüb, onlardan 111 nəfərsə, lazım olan imzaları toplayaraq vərəqələri təqdim ediblər. Siyahıda bitərəflər üstünlük təşikl edir. Yeni Azərbaycan Partiyasından 17, Müsavat Partiyasından 3, Ədalət, Kommunist, Ümid, Böyük Azərbaycan, Respublikaçı və Vətəndaş Birliyi partiyalarının hər birindən isə, bir nəfər namizədliyini irəli sürüb.



Müsavat Partiyası təkrar seçkidə vahid siyahı ilə iştirak edəcəyini desə də, artıq bu qurumdan üç nəfər - 119 saylı Ağdamkənd seçki dairəsindən Əsgər Əhməd, 9 saylı Binəqədi birinci seçki dairəsindən Qurban Qurbanov, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindənsə, Tahir Paşa müstəqil şəkildə seçkiyə qatılıblar.



Müsavat Partiyası başqanının müavini Arif Hacılı bildirir ki, qurumun qərarını gözləmədən namizədliyini verənlərlə bağlı qərar qəbul ediləcək. Partiya on dairə üzrə vahid siyahını isə, gələn həftə açıqlamağa hazırlaşır.
XS
SM
MD
LG