Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:43

Ruslan Bəşirliyə işgəncə verilməsinin araşdırılıması xahiş edilir


Səs: Real audio
«İşgəncələr Əleyhinə Komitə»nin sədri Elçin Behbudov Baş prokuror Zakir Qaralova müraciət edib Fevralın 15-də «İşgəncələr Əleyhinə Komitə»nin sədri Elçin Behbudov Bayıl təcridxanasında «Yeni Fikir» Gənclər Təşkilatının (GT) sədri Ruslan Bəşirli ilə görüşüb. Cənab Behbudovun verdiyi məlumata görə, R.Bəşirli təcridxanadakı saxlanma şəraitindən narazı olmadığını bildirib: «Ancaq deyir ki, yeddi ay əvvəl Respublika Prokurorluğunun İstintaq İdarəsində saxlanarkən döyülüb, başına çoxlu sayda zərbələr endirilib və hazırda həmin işgəncələrdən əziyyət çəkir».



Komitə sədri Baş prokuror Zakir Qaralova müraciət edib, «Yeni Fikir» GT-nın sədrinə işgəncə verilməsini araşdırmağı xahiş edib.



Respublika Prokurorluğunun Mətbuat Xidmətinin əməkdaşı Əntiqə Qonaqova isə, bildirir ki, müraciət 10 gün ərzində araşdırılacaq.



Ötən ilin avqustunda həbs olunan Ruslan Bəşirli hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG