Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:10

<i>«Ayna»</i>: «Gizli məşğulluq sosial islahatlara kölgə salacaq»


Səs: Real audio
Elçin Qəmbərov onun səhhətinin qənaətbəxş olmadığını deyir «Gün səhər» qəzetindəki «Büdcənin gəlir və xərcləri artır» sərlövhəli məqalədə bildirilir ki, dizel yanacağının qiymətinin 100 faiz qaldırılması ölkə əhalisi üçün yaxşı nəticələr verməsə də, bu bahalaşma dövlət büdcəsinin gəlirlərini artırıb. Rusiyadan alınan təbii qazın qiymətinin bahalaşması isə, əksinə, xərclərin çoxalmasına səbəb olub. Bu səbəbdən də hökumət 2006-cı ilin büdcəsinə bəzi düzəlişlər etmək niyyətindədir. Maliyyə Nazirliyinin hesablamalarına görə, təkcə neft məhsullarının bahalaşması büdcəyə 82 milyon manat əlavə gəlir gətirəcək. Bu isə, o deməkdir ki, 2006-cı il büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,7 faiz artıq olacaq.



«Ayna» qəzetindəki «Gizli məşğulluq sosial islahatlara kölgə salacaq» sərlövhəli məqalədə yenidən qurulan təqaüd sistemi barədə danışılır. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, bu sistemin tətbiqində əsas məqsəd sosial müdafiənin dünya standartlarına inteqrasiyası ilə yanaşı, həm də mürəkkəb sistemdən xilas olmaqdır. İqtisadçı Rövşən Ağayev isə, hesab edir ki, dünyada özünü doğrultmuş bu yeni sistemi tərifləməkdənsə, onun tətbiqindən sonra əhalini nələrin gözlədiyini proqnozlaşdırmaq daha düzgün olardı. Rövşən Ağayevin fikrincə, hazırda ölkədə mövcud olan sosial münasibətlər bu sistemə uyğun gəlmir.



«Yeni Azərbaycan» qəzetindəki «Azadlıq» siyasi bloku Əli Kərimlinin mənafeyinə qulluq etmək üçün yaradılır?» başlıqlı məqalədə müəllif iddia edir ki, blok müxalifətin radikal düşərgəsində təşəbbüsü ələ almaq niyyətindədir. Müəllifin fikrincə, «Azadlıq» siyasi bloku məhz Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mənafeyinə qulluq edəcək. Bu isə, o deməkdir ki, növbəti prezident seçkisi ərəfəsində müxalifətin vahid namizəd xülyası həyata keçirilməmiş qalacaq. Digər tərəfdən, Müsavat Partiyası da bu istiqamətdə öz fəaliyyətini intensivləşdirərək yeni birlik modelini təqdim etmək niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG